Nöfəl Süleymanov kimdir? - Oğlu tərəfindən güllələnmiş gitaraçı

Nöfəl Süleymanov kimdir? - Oğlu tərəfindən güllələnmiş gitaraçıSonxeber.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında dəhşətli ölüm xəbəri ilə hamını sarsıdan məşhur gitaraçı Nofəl Süleymanov haqqında məlumat verir.

- Nofəl Süleymanov harada və nə zaman anadan olub?

Əslən Laçın rayonun Kamallı kəndindən olan tanınmış musiqiçi Nofəl Süleymanov 1973-cü il oktyabrın 15-də anadan olub.

- Nofəl Süleymanovun musiqi təhsili var idi?

O gitara çalmağı müstəqil şəkildə öyrənib. Nofəl çox qısa zamanda məşhurluq qazanıb. Deyilənlərə görə sənətə gəlişi çox çətinliklər, əziyyətlər bahasına başa gəlib. Onun "Hind mahnısı"na çəkdirdiyi klipdə öz həyatından da fraqmentlər olduğu deyilir. Bu klipdə küçədə döyülən kimsəsiz uşağa köməklik edən yaşlı gitaraçı bir müddət sonra müflisləşir, kömək etdiyi uşaq isə varlanıb məşhur gitaraçıya çevrilir və ustadını yad edir.

- Nofəl Süleymanov necə bir insan idi?

Dostlarının, doğmalarının dediklərinə görə, çox ciddi, hörmətcil və ailəcanlı insan olub. Əliaçıq və səxavətli kişi kimi ad qazanıbmış.

- Nofəl Süleymanovun ailəsi barədə nə məlumat var?

Sevib seçdiyi xanımla ailə quran Nofəl Süleymanlının 4 övladı doğulub. Onlardan üçü oğlan, biri isə qızdır. Musiqiçinin ailəsi ilə xoş münasibətdə olduğu, övladlarını həddindən artıq sevdiyi deyilir. Qardaşı Əlibəy Süleymanov Nofəl haqqında danışarkən deyir: "Nofəl çox gözəl ailə başçısı olub. Onun ailəsində o qədər gözəl tərbiyə, qayda-qanun vardı ki, bunu sözlə ifadə edə bilmirəm. Balalarını hamıdan çox sevirdi".

- Nofəl Süleymanovun ölümünə səbəb nə oldu?

Nofəl Süleymanov məşhurluğunun ən pik nöqtəsində gözlənilmədən açılan atəşdən həyatını itirir. Nofəlin də bir güllədən həyatını itirməsi azmış kimi bu güllənin musiqiçinin 17 yaşlı oğlu tərəfindən ürəyinə saplanması ikiqat faciəyə səbəb olur.

Hadisə isə ailə üzvlərinin yaxınlarının dediyinə görə tam təsadüf nəticəsində baş verir. Nofəl ailə üzvləri ilə Ağcabədiyə getməyə hazırlaşır. Ailəsinə tapşırır ki, hazırlaşsınlar. Oğlu Şövqüyə isə deyir, ov silahını götürsün, təmizləsin. Bəlkə yolda ov etdilər, silah lazım oldu. Şövqü "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyir, Nofəl 2020-ci il sentyabrın 8-də aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edir. Nofəl "Əli yolu" deyilən məzarlıqda dəfn olunur.

Hadisə baş verəndən dərhal sonra yayılan məşum xəbərlər bütün musiqi aləmini, mətbuatı silkələyir. Cürbəcür şayiələr yayılmağa başlayır. Kimi deyir, oğlu on yeddi yaşlı Şövqü atasını qəsdən öldürüb, kimi deyir mərhum ailəsinə, xanımına xəyanət etdiyi üçün bu amansız gülləyə tuş gəlir. Bir sözlə baş vermiş faciəyə hərə bir cür don geyindirməyə, yozmağa başlayır.

Hər kəs dərin təəssüf və heyrət içində qalır. On yeddi yaşlı ata qatili həbs olunur. Nəsil, qohum, dost tanış bir-birinə dəyir.

- Nofəl Süleymanovun adı hansı mü3ğənni xanımla hallanmışdı?

Ölümündən sonra yayılan şayiələrdə Nofəl Süleymanovun adı müğənni-xanəndə Bəturə Hüseynova ilə çəkilməyə başladı. Bildirilirdi ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib. Lakin haqqında bəhs olunan müğənni açıqlama verir. İsrarla bu hadisənin ona aidiyyatı olmadığını bildirir. Məhkəmə də hadisənin ehtiyatsızlıq üzündən baş verməsi barədə hökm çıxardır və beləcə söz- söhbətə son qoyulur.

- Nofəl Süleymanovun ölümünə səbəb olmuş oğlunun sonrakı taleyi necə oldu?

Şövqü Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub. O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən yarışda 55 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Hadisədən sonra Şövqü həbs edilir. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bir qədər zaman keçdikdən sonra musiqiçinin oğlu haqqında dediyi xoş sözlərin səs yazması sosial şəbəkələrdə yayılmağa başlayır:

"Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun Azərbaycan övladlarına. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım". Sonra məhkəməni qərarı ilə Şövqü azadlığa buraxılıb.

- Nofəl Süleymanovun sənətini ailəsində davam etdirən var? Onun gitarası kimə verildi?

Gitaraçının sənətini 16 yaşlı oğlu davam etdirir. O atası kimi toylara gedir, ailəsinin dolanışığına kömək edir.

16 yaşlı Rəvan Nofəloğlu, atasının sənətini davam etdirəcəyini bildirib: "Atam sağlığında da ifa edirdim. Amma onda daha çox dərslərimə vaxt ayırırdım. İndi həm dərslərimi oxuyuram, həm də gitara ifa edirəm. İstəyirəm atamın gitarası toz basmasın. İnşallah layiqincə davam etdirirəm bu sənəti".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2203   Tarix: 06 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr