KİV: NATO Çini "təhlükəli ölkələr siyahısı"na əlavə edəcək
NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər deyil, həm də bu yaxınlarda Çinin "təhlükəli ölkələr siyahısı"na salınması daxildir.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrində dərc olunan məqalədə deyilir.
Nəşr yazır ki, blok ölkələrinin diplomatlarının fikrincə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.
Məqalədə qeyd edilir ki, alyans rəhbərliyinin diqqətinin Çinə yönəlməsi əvvəlcə yekdilliklə qəbul olunmayıb, Cənubi Avropa ölkələri bunun əvəzinə Yaxın Şərqdən gələn təhdidlərə və qeyri-qanuni miqrasiyaya diqqət yetirməyə çağırıblar.
Nəşrin məlumatına görə, Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.
NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin "hər iki kürsüdə" otura bilməyəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1059 Tarix: 07 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrMoskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind
27 sentyabrABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar
27 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr