"Gəlinim məni çimizdirir, yatağa qoyur, masaj edir"
Şairə Nazilə Səfərlinin paylaşımı növbəti dəfə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, paylaşdığı videoda üzü görünməsə də, uzaqdan danışan bir xanım gəlinin ona necə qullluq etməsindən söz açıb:
"İşdən gəlib ora gedirəm, gəlinim vannanı doldurub su qoyur. Kisəni əlinə keçirir, imkan vermir ki, əlimi başıma vuram. Başımdan ayağıma qədər yuyacaq, çimizdirəcək, yatağa qoyacaq, qabağıma çay gətirəcək, yalvaracaq, masaj edəcək. Allah haqqı, yalan demirəm".
Qayınananın bu sözləri qarşısında təəccüblənən N.Səfərli də öz gəlininə müraciət edib:
"Allah haqqı, gəlinimə eşitdirmirəm, mən belə lüksə öyrəşməmişəm. Gəlinim mənə belə eləsə, elə bilərəm ki, ölürəm, vaxtım çatıb. Mənə heç kim elə bir şey eləməsin. Əziz gəlinim, mənə belə xidmət lazım deyil. Çox sağ ol", - deyə o söyləyib.
Şairə ilə həmin xanım arasındakı dialoq müzakirələrə səbəb olub. N.Səfərli daha sonra paylaşıma yazılan şərhləri bağlamaq məcburiyyətində qalıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik
Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək
13 sentyabrCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18 sentyabrAlim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabrFatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v
10 sentyabrZeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23 sentyabr"Alatoranlığ"ın aktyoru ata oldu
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir
24 sentyabr