Heç bir arzusu qalmayan, istədiyi hər şeyi edən bəxtəvər

Heç bir arzusu qalmayan, istədiyi hər şeyi edən bəxtəvərDünyanın bir çox zəngin insanları istədiyi hər bir şeyi etmək imkanına malik sultana həsəd aparır. Ölkəsinin xalqı isə sultanın rifahından məmnundur. Çünki əhali də kasıb yaşamır.

Lent.az Bruney sultanının dəbdəbəli həyatı barədə məlumat verir.

Bruney sultanı Hassanal Bolkiah 53 ildir hakimiyyətdədir. Mütləq monarx eyni vaxtda baş nazir, müdafiə naziri və maliyyə naziri vəzifələrini birləşdirərək bir çox vəzifə tutur. O, həm də ali dini lider, dövlətin silahlı qüvvələrinin baş komandanı və hətta ölkənin əsas universitetinin rektorudur. Hazırda onun sərvəti 27,7 milyard dollar qiymətləndirilir. Bolkiahın Bruneydəki dörd iqamətgahından biri - Nurul İman planetin ən böyük iqamətgahı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Bu sarayın günbəzləri 22 karatlıq qızılla örtülüb. Burada 1788 otaq, 257 vanna otağı, 18 lift, 44 pilləkən, beş hovuz, 200 atlıq kondisionerli tövlə, 1500 nəfərlik məscid və yeraltı qaraj var. Sarayın ümumi sahəsi 200 min kvadratmetrdən çox, dəyəri isə 1,3 milyard dollardan çoxdur. Saraya 5000 insanyerləşə bilər. Bundan əlavə, Sultanın ailəsi dəbdəbəli otellər şəbəkəsinə, The Dorchester Hotelə və 12 ölkədə 150 evə sahibdir.

Bruney sultanı Hassanal Bolkiahın sarayının parkında doqquz minə yaxın superkar var: "Mercedes", "Ferrari" ( ən son modellərdən düz 400 ədəd Ferrarisi var), "Bentley", "Koenigsegg", "Lamborghini", "Aston Martin", "Jaguar" və "BMW". Onların ümumi dəyəri 6,5 milyard dollardır. Ən dəbdəbəli avtomobil xüsusi mərasimlər üçün istifadə edilən qızılla bəzədilmiş "Silver Spur" Limuzinidir. Məlumdur ki, 90-cı illərin ortalarında "Rolls-Royc"un gəlirinin 50%-ə qədəri Bruney sultanına və onun qardaşına avtomobil satışından gəlirdi. Bruney sultanının iki helikopteri, iki Boeing 747-400 və altı kiçik təyyarəsi var. Onun Boeing-də qonaq otaqları, yataq otaqları və qızıl əşyalarla vanna otağı var. Bruney sultanı üç dəfə evlənib və hər toya milyonlarla dollar xərcləyib. Monarxın on iki uşağından beşi artıq evlidir. Uitni Hyuston sultanın qızlarından birinin toyunda çıxış edib. Maykl Cekson 17 milyon qonorarla monarxın 50 illik yubileyini qeyd etməyə dəvət olunub. Ailəvi şənliklərdə çıxış edən dünya məşhurları arasında Elton Con, Diana Ross, Stevie Vonder, Bon Covi və Tina Turner var. İndi enerji resurslarının dəyəri yarıbayarı ucuzlaşıb, lakin onun hesabında hələ də 27,7 milyard dollar var. Sultan hər ay 10 milyon dollar xərcləyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1095   Tarix: 11 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Almaniyanın xarici işlər naziri Putinin G20 sammitinə dəvətini alqışladı

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək qərarını alqışlayıb . xəbər verir ki, Vaddeful Ottavada Kanadanın xarici işlər naziri Anita Anand ilə görüşündə bildirib ki, "Prezidentli

26 sentyabr
.

Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila

27 sentyabr
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

27 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir. "Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib

27 sentyabr
.

İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi

İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila

27 sentyabr
.

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini

27 sentyabr
.

Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız

27 sentyabr