Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 39 % artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 568 min 622 nəfər sərnişin daşınıb.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur.
6 ayda Azərbaycana 442 min 964 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,8 % artım deməkdir.
Təkcə iyun ayında Azərbaycana 341 min 384 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 36,1 % çoxdur. İyunda Rusiyadan 95 min 638 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 22,3 % çoxdur.
Bu ilin yanvar-iyun aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 368 min 427 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,4 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 215 min 537 sərnişinlə (+47,6 %) daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1081 Tarix: 14 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə
8 fevralAzərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayAzərbaycana Avropadan turist axını 15 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da
30 mayKonqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12 sentyabrHakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"
"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm
11 may 2025Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb
Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind
18 iyulBraziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu
1 fevral