Dövlət işində çalışanların sayı azalır - Səbəb nədir?
2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər çoxdur. Muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 5,5 min nəfər azalıb və özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı isə 28,6 min nəfər artıb.
Dövlət sektorunda çalışanların sayının azalmasının, əksinə özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir?
"Ölkə.Az" xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır:
"Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb. İkincisi, bir sıra qanunvericilik aktlarına, xüsusən də Vergi Məcəlləsinə edilən dəyişikliklər özəl sektorda daha çox iş yerlərinin yaradılmasına səbəb olub. Xüsusən də, mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub. Üçüncüsü, iqtisadiyyatın bəzi sahələrində, xüsusən də, xidmət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib.
Dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və bəzi sahələrdə əməyin yenidən qiymətləndirilməsi nəticəsində əmək müqavilələrinin sayındakı dəyişikliklər ilə bağlıdır. Belə ki, bu sahələrdə əməkhaqqı fondu artsa da, işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında dövlət mülkiyyətinin ağırlıq təşkil etdiyi təhsil sektorunda 331 min 449 nəfər çalışırdısa, bu rəqəm bu ilin iyunun 1-ə 330 min 636-dək azalıb. Və ya dövlət idarəetməsi və müdafiə sferasında muzdla çalışanların sayı ötən müddətdə 112 min 209 işçidən 111 min 961 işçiyə düşüb".
"Bütövlükdə, həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır", - deyə V. Bayramov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1120 Tarix: 15 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabr