Türkiyədə ağlasığmaz hadisə: 13 yaşlı uşaq yatarkən güllələndi
Türkiyənin İstanbul şəhərinin Sultanqazi rayonunda motosikletli şəxs 4 mərtəbəli binaya yaxınlaşaraq zirzəmiyə doğru atəş açıb. Bu zaman çarpayısında yatan 13 yaşlı uşaq güllələrin hədəfinə çevrilib.
Bu barədə Oxu.Az Haber Global-a istinadən xəbər verir.
Məlumata görə, motosikletli şəxs tapança ilə atəş açdığı zaman pəncərədən içəri girən güllələr həmin vaxt yuxuda olan 13 yaşlı Evin adlı qıza dəyib. Evin yaralanıb, atəş açan şəxs isə hadisə yerindən qaçıb. Hadisə yerinə polis və tibb qrupları göndərilib.
Qolundan xəsarət alan qız ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb və müalicəsi xəstəxanada davam edir.
Polis şübhəlinin ələ keçirilməsi üçün əməliyyata başlayıb.
Qızın anası Semra Akdağ baş verənlərdən şok keçirdiyini deyib.
"Qız qan içində idi. "Ana" deyə səsləndi. Gəldim və halını görəndə şok oldum, özümə gələ bilmədim. Xəstəxanaya aparıldı. Kimin etdiyini də bilmirik. Hər hansı məlumat da ala bilmədik. Durduğu yerdə baş verdi", - deyə qadın bildirib.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 732 Tarix: 19 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib
İran və dəstəklədiyi silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hədəflər siyahısına əlavə edib. "Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib. Onların məlumatına görə, İsraili təmin edən iki böyük elektrik stansiyas
5 aprelƏraqçi AEBA direktorunu etimadı pozmaqda təqsirləndirib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, AEBA-nın baş direktoru Rafael Qrossinin İslam Respublikasının nüvə obyektlərinə hücumlara qarşı reaksiya verməməsi agentliyə etibarı sarsıdır. "Report"un məlumatına görə, bu barədə onun BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubd
5 aprelTramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb". TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. "Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur
5 aprelKİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir
Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur. xəbər verir ki, bu barədə CNN jurnalist araşdırması nəticəsində yazıb. Araşdırma zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış sənədləri və 50-dən çox peyk görüntüs
5 aprelİtaliyada nüfuzlu mafiya üzvü saxlanılıb
İtaliya Daxili İşlər Nazirliyinin ən təhlükəli mafiya üzvləri siyahısına daxil edilən Roberto Matsarella saxlanılıb. RAI-yə istinadən xəbər verir ki, 48 yaşlı mafiya üzvü Amalfi kurort şəhərində yerləşən lüks villada həbs edilib. Məlumata görə, o, Pasxa bayramını həyat yoldaşı və iki övladı ilə keçirmə
5 aprel"Bir millət, üç dövlət" - Ünal Üstel Bakıda mühüm mesajlar verdi - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel olub. Baş nazir Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşünün türk dünyası üçün mühüm nəticələr doğurduğunu vurğulayıb. O bildiri
4 aprel100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir
Qida rasionunda yalnız bir dəyişiklik etməklə 100 yaşına qədər yaşamaq mümkündür. xəbər verir ki, həkim Dieqo Suares "La Razon" nəşrinə müsahibəsində uzunömürlülüyün sadə formulunu açıqlayıb. Uzunömürlülüyə nail olmaq üçün Dieqo Suares emal olunmuş ət məhsullarını, şəkərli içkiləri, quru səhə
5 aprelİranda iki etirazçı edam edildi
İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar. xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb. "Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarın
5 aprel