Sabiq vəzifəli şəxsin xanım işçisi ilə ağlagəlməz ƏMƏLİ
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eks-direktorla mühasib mərkəzə ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.
Onların əməllərinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla açılıb.
Zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin pulları nağdlaşdırılaraq mənimsəyiblər.
Mənimsənilən məbləğ isə 175 min 365 manatdır.
Direktor Hüseynov ittihamları qəbul etməsə də, xanım baş mühasib istintaqda özünü təqsirli bilib. İfadələri arasında ziddiyyət olduğu üçün müstəntiq onları üzləşdirib. Üzləşmə zamanı A.Babayeva əməllərini M.Hüseynovun üzünə deyərək onu ifşa edib. Xanım müttəhim etiraf edib ki, əməkdaşların kartlarına köçürülən əlavə pul vəsaitlərini və mükafat pullarını onlardan yığaraq direktora verib. Qeyd edib ki, mənimsənilən pulların 90 faizi direktora, 10 faizi ona qalıb.
Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Müttəhimlər heç biri həbsdə deyil. Onlar barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
İş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun icraatına verilib. İlk iclas yaxın günlərdə keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4492 Tarix: 20 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə işıq olmayacaq
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağ
13 fevralTanınmış aparıcı televiziya karyerasını bitirdi
Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb. "Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim
14 fevralPensiyalar artımlarla birgə ödənildi
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan MR üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərə
13 fevralSoyuqda göz yaşarması təhlükə siqnalıdır? - Diqqət yetirilməli məqamlar
Şaxtalı və küləkli hava göz səthini qıcıqlandıraraq reflektor şəkildə göz yaşı ifrazını artırır. xəbər verir ki, soyuq temperatur gözün səthində quruluq yaradır və orqanizm bunu kompensasiya etmək üçün daha çox göz yaşı istehsal edir. Bu, gözün özünü qoruma mexanizmidir. Bundan əlavə, soyuq hava gö
12 fevralBu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir
Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb. trend-ə istinadən xəbər verir ki, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququn
13 fevralVətən müharibəsi şəhidinin 21 yaşlı qardaşı vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Kamil Həmzəoğlu məlumat verib. 21 yaşlı Ə.Mehdizadə bu gün Lənkəranda uzunsürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizad
12 fevralRamiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb
Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib. Qeyd edilib ki, Ramiz Mehdiye
12 fevralAşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi
Aşıq Telli Borçalının mərhum qardaşı Ataxan Qurbanov Azərbaycan Aşıqlar Birliyinin üzvü deyildi. Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin katibi Musa Nəbioğlu deyib. O qeyd edib ki, Teli Borçalının özü və daha bir qardaşı Azərbaycan Aşıqlar Birliyinin üzvüdür:. "Onlar ailəliklə aşıq sənətini
12 fevralYüksək IQ-lü uşaqlar - Onlar üçün hansı risklər var?
Müasir dövrün trend olan kəlimələrdən biri də IQ-dür. Xüsusi ilə uşaqların intellekt səviyyəsi, yəni IQ göstəricisi, valideynlər və müəllimlər üçün maraq doğuran mövzudur. Çünki hər kəs övladının ağıllı olub-olmaması, məktəbdə və həyatda uğur qazanıb-qazanmayacağı ilə maraqlanır. Bununla bağlı interne
13 fevral