"İnsan hər şeyə öyrəşir, hətta anasının ölümünə də..."
Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyovun anası Xuraman xanım vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, T.Yüzbəyov anasının ölümündən 1 neçə gün sonra ağrısını ifadə edən təsirli paylaşım edib:
"Allah ölənlərinizə rəhmət eləsin. Qəribədir, amma Anam öləndən sonra ürəyimin varlığını hiss eləməyə başladım. Sinəmdə sol tərəfdə döyünən, sızıldayan və ağırlaşan nəsə var. Əvvəllər də ürəyimin varlığından xəbərdar idim. Üstdən toxunanda döyüntüsünü hiss eləyirdim, əzab çəkəndə ağrıyırdı, həyəcanlananda az qalırdı ağzımdan çıxsın. Amma indi onu hər an hiss eləyirəm. İndi elə bil ürəyimin fərqindəyəm.
Ölüm də belədir. Biz onun varlığına əminik, ona şübhə eləmirik, bilirik ki, bir gün olacaq, amma yalnız o gələndə fərqində oluruq. O, isə həmişə gözlənilməzdir. Həmişə acıdır. Ən pisi isə həmişəlikdir. Və elə ölümlər var ki, dözmək çətindir. İnsan həmişə güclü ola bilmir. İnsan həmişə güclü ola bilməz. İnsan həmişə güclü olmamalıdır.
Bilirəm, bir çoxumuz əməl eləyə bilməyəcəyik, amma yenə də deyim. Yaxınlarınızla, əzizlərinizlə, doğmalarınızla daha çox vaxt keçirin. Çünki onlar da bir gün ölür. Bir gün hamı ölür. Və adamın az qalır ürəyi partlasın.
Peşman olmağa isə həmişə nəsə tapırsan. Kaş bu arzusuna yerinə yetirərdim, kaş bu sözünü yerə salmazdım, kaş daha çox söhbət eləyəydim, kaş özümü çatdıraydım və sairə və ilaxır...
Amma insan həm də hər şeyə öyrəşir. Hətta anasının ölümünə də. Adamı ayaqda müxtəlif təsəllilər saxlayır. Əsas yoxluğunu düşünməyəsən. Fikirləşəsən ki, o hardasa var. İndi burda olmasa da, sənlə danışmasa da hardasa mövcuddur. O dünayda, bərzəxdə, lap elə fiziki olaraq qəbrinin içində.
Allah sənə rəhmət eləsin, Mama. Sən mənim üçün həmişə, hardasa varsan.
Başsağlığı verən hamıya təşəkkür edirəm. Allah ölümün gecindən versin əzizlərimizə".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrPünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabr3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə
24 sentyabr77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabr"Alatoranlığ"ın aktyoru ata oldu
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir
24 sentyabrTəcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"
22 sentyabrElnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12 sentyabrNaomi Kempbell Bakıda - Video
Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə
24 sentyabrZaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20 sentyabr