Olduqca nadir xəstəlik: 21 aylıq körpə qan ağlayır

Olduqca nadir xəstəlik: 21 aylıq körpə qan ağlayırİngiltərədə 21 aylıq körpədə olduqca nadir rast gəlinən xəstəlik aşkarlanıb.

Sfera.az bildirir ki, körpənin gözlərinin böyüməsinə və qan ağlamasına səbəb olan bu xəstəlik səbəbindən kor olmaq riski var.

Aretria Bice adlı körpə hamının heyran olduğu iri mavi gözlərlə doğulub.

2023-cü ilin may ayında, hələ altı aylıq ikən, Aretrianın bir gözü "südlü" və işığa qarşı həssas olmağa başlayıb.
Xəstəxanaya yerləşdirildikdən sonra Aretriaya ikitərəfli anadangəlmə qlaukoma, optik sinirdə həddindən artıq və təzyiq artmasına səbəb olan genetik anormallıq diaqnozu qoyulub.

Körpəyə bir sıra təcili cərrahiyyə əməliyyatları edilib və gözündən artıq mayeni çıxarmaq üçün boru taxılıb. Lakin əməliyyat uğursuz olub və gözlərdən biri hətta qan ağlamağa başlayıb.
Aretrianın anası Luiza Bice:
"Gözlərindən qırmızı qan axırdı. Mən sanki körpənin qorxu filmlərindən birindən çıxmış kimi hiss etdim. İndi altıncı əməliyyatı olacaq. Gözləri böyüməyə davam edir və heç bir şansı yoxdur. Müalicədən sonra da kiçilməyə başladı"

Gecələri belə eynək taxır
Körpəsinin sutkada 24 saat eynək taxdığını deyən Luiza:

"Çox qorxduğu gecələr belə eynək taxmalı olur" - deyə bildirib.

Uşağının çoxlu əməliyyatlar keçirdiyini deyən ana Aretrianın xəstəxana qoxusunu duyanda belə qorxudan ağladığını deyir. Luiza körpəsinin gözlərinin kiçilməyəcəyini bildiklərini, lakin nə vaxtsa hər şeyin yaxşılaşacağına və görmə qabiliyyətinin pisləşməyəcəyinə ümid etdiklərini bildirir.

Uşağında eyni xəstəlik olan başqa bir valideynlə heç vaxt rastlaşmadığınl deyən Luiza:
"İnsanlara onun nə olduğunu deyəndə, daha əvvəl heç eşitmədiklərini bildirirlər. Böyük, gözəl gözlərə sahib olmaq hər zaman yaxşı bir şey deyil" - deyə əlavə edib.
Luiza digər valideynləri də əlamətlərə diqqət yetirməyə çağırır. Ana deyir ki, o, qarşılaşdığı hər kəsdə bu məsələ ilə bağlı məlumatlılığı artırmağa çalışır.

"İndi dostlarım körpələrinin fotolarını sosial şəbəkələrdə yerləşdirəndə, onların normal ölçüdə olub-olmadığını yoxlamaq üçün davamlı olaraq gözlərinin içinə baxıram. İstəmirəm ki, balaca qızımın başına gələnləri başqası da yaşasın. İnsanlar nə qədər tez fərqinə varsalar, simptomlara müdaxilə etmək, bir o qədər asan olar".

Bəs QLAUKOMA nədir?
Qlaukoma yüksək göz içi təzyiq nəticəsində optik sinirin zədələnməsi ilə xarakterizə olunan göz xəstəliyidir. Gözdaxili təzyiq normal olaraq gözdə olan mayenin (gözdaxili maye) balanssız istehsalı və ya drenajının pozulması nəticəsində arta bilər. Bu artım optik sinirə təzyiq göstərərək optik sinir liflərinin ölməsinə və zamanla görmə itkisinə səbəb olur.

Əlamətləri nədir?
Qlaukoma ümumiyyətlə mütərəqqi bir xəstəlikdir və onun simptomları tez-tez erkən mərhələlərdə hiss olunmur. İrəliləyən hallarda görmə sahəsinin daralması, rəngli halqalar, bulanıq və ya görmə azalması kimi simptomlar meydana gələ bilər. Risk faktorlarına yaş, genetika, yüksək göz içi təzyiq və miyopi kimi əlamətlər daxildir.

Qlaukoma müalicəsi adətən göz içi təzyiqini nəzarət altında saxlamaq və optik sinirə təzyiqi azaltmaq məqsədi daşıyır. Müalicə variantlarına göz damcıları, dərmanlar, lazer müalicəsi və cərrahi müdaxilə daxildir. Erkən diaqnoz və müntəzəm göz müayinələri qlaukoma inkişafını yavaşlatmaq və ya dayandırmaq üçün vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1196   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26 sentyabr
.

İtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi

İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila

27 sentyabr
.

Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd

26 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr
.

Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə

26 sentyabr
.

Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib

27 sentyabr