Sevgi haqqında 5 ən gözəl roman

Sevgi haqqında 5 ən gözəl roman" Sevgi haqqında 5 ən yaxşı roman hansıdır?" sualına çoxlu cavablar var. Təbii ki, hər kitabsevərin öz sevimli əsərləri, üstünlük verdiyi romanları vardır. Biz öz bildiklərimizi qeyd etmək istədik.

Lent.az dünya ədəbiyyatı tarixindən 5 ən gözəl roman barədə məlumat verir.

Frederik Stendal: "Qırmızı və qara"

Bu roman bir vaxtlar qadağan edilmişdi. Vatikan onu 1864-cü ildə Stendalın bütün digər "sevgi romanları" ilə birlikdə "qara siyahı"ya salmışdı.

Julien Sorel gənc, yaraşıqlı, ağıllı və şöhrət arzusundadır. Onun kumiri Napoleondur. Ancaq problem ondadır ki, Julien sadə bir ailədəndir və yüksək cəmiyyətə gedən yol onun üçün bağlıdır. Qəhrəmanın əlaqələrə və pula ehtiyacı var. Julienin seçdiyi kilsə iyerarxiyasının pilləkənləri onu ucaldır, bir aristokratın evində müqəddəs kitab və latın dilini öyrədir və təkəbbürlü zəngin adamı incitmək üçün arvadı ilə münasibət qurmağa başlayır. Lakin Julien kilsə yolunu sevmir və əvvəlcə qisasla başlayan münasibətlər böyük qarşılıqlı hisslərə çevrilir. Bu məsələ, təbii ki, yaxşı bitə bilməz. İnsanlar xoşbəxtlik yolunda nəyə qadirdirlər? Özlərini itirmədən buna nail ola bilərlərmi?

Mixail Bulqakov: "Usta və Marqarita"

Yeri gəlmişkən, Bulqakov romanın ilk versiyasını yandırıb, sonra yenidən yazıb. Lakin heç vaxt başa çatdıra bilməyib. Yazıçının ölümündən sonra bütün qaralamaları onun dul arvadı Yelena Sergeyevna bir araya gətirib. Roman 25 ildən çox rəfdə qalıb. Mixail Bulqakovun həyat yoldaşı olmasaydı, naməlum qala bilərdi. O, romandakı Marqarita kimi əlyazmalara yenidən həyat verib.

"Sənə kim dedi ki, dünyada həqiqi, sadiq, əbədi sevgi yoxdur? Yalançının rəzil dili kəsilsin!" Bu ilk baxışdan son nəfəsə qədər sevgi haqqında bir kitabdır. Bütün təzahürləri ilə çox yönlü sevgi haqqında əsərdir. Bu, Yeshuanın cəlladlarına qarşı olan, hər şeyi bağışlayan, müqəddəs sevgisidir, bu, yer üzündəki yazıçının və onun ilham mənbəyinin ehtirası və incəliyidir, bu, insanların öz doymuş və rahat həyatlarına olan kiçik və alçaq sevgisidir. Neçə dəfə oxusan da, roman həmişə özünü başqa cür ortaya qoyur.

Lermontov – "İblis"

Bu poemanın əsas personajı yer üzündə baş verənləri yuxarıdan izləyən və toya hazırlaşan Şahzadə Tamaraya aşiq olan "kədərli İblis"dir. Lakin toydan öncə bəy ölür və Tamara ona əzab verən "pis ruhdan" xilas olmaq üçün monastıra gedir. Monastıra gedən qadının ruhunu şirnikləndirərək ələ almağa çalışan İblis də , Tamara da çətin vəziyyətə düşür.

"İblis" Lermontovun Xeyirlə Şərin əbədi qarşıdurmasından bəhs edən ən sirli, mistik, fəlsəfi əsərlərindən biridir. Yeri gəlmişkən, o da senzuraya məruz qalıb və uzun müddət nəşrinə icazə verilməyib, qara siyahılara salınıb.

Qustav Flober: " Madam Bovari"

Qadağan olunmuş sevgi romanlarını oxuyan Emma Bovari bu əsərlərin qəhrəmanı olmaq arzusunda olur və ona aşiq olan həkim Çarlzla evlənir. Yalnız ər heç də maço deyil, ev dəbdəbəli saray deyil, Emma tezliklə Çarlzı sevmədiyini, ailə həyatının heç də onun təsəvvür etdiyi kimi olmadığını anlayır. O xəyanət edir, çoxlu aşiqlər qazanır, sevgililəri ilə görüşür. Bu roman ikili həyatın məşəqqətlərindən bəhs edir, xəyanət etməyə hazır və həvəsli insanların psixologiyasını açır. Müəllif bizə iki evdə həyat pərdəsinin arxasında nələrin gizləndiyini, finalın necə ola biləcəyini göstərir.

Roman jurnalda dərc edildikdən sonra Flober əxlaqı təhqir etməkdə ittiham olunur və redaktorla birlikdə məhkəmə qarşısına çıxarılır. Düzdür, əsərin qalmaqallı şöhrəti çox keçmədən bəraət aldı. 2007-ci ildə müasir məşhur müəlliflər arasında aparılan sorğuya görə, "Madam Bovari" bütün zamanların ən böyük iki romanından biridir. Birinci yerdə, əlbəttə ki, Lev Tolstoyun "Anna Karenina" əsəri dayanır.

Lev Tolstoy- "Anna Karenina"

Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.

Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələ Moskvada və Peterburqda baş verir. Əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro¬mandır. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edir. O, özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1259   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr