Bu il universitetlərdə keçid balı artacaq?

Bu il universitetlərdə keçid balı artacaq?Keçid ballarına abituriyentlərin sayı, imtahan nəticələri və plan yerləri təsir edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, keçid balları əvvəlcədən müəyyən olunmur, müsabiqə nəticəsində formalaşır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov isə bildirib ki, bu il plan yerləri 60 mindən artıq olacaq.

"Əsasən, 1-ci və 2-ci ixtisas qrupları üzrə plan yerlərinin kəskin artması gözlənilir. Bu plan yerlərinin artması təhsilə müsbət təsir göstərəcək. Plan yerlərinin artması birmənalı şəkildə keçid ballarına təsir göstərəcək.

1-ci ixtisas qrupu üzrə daha aşağı ballarla ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Hətta 3-cü ixtisas qrupu üzrə regionşünaslıq ixtisasında belə aşağı ballar müşahidə edəcəyik. 1-ci ixtisas qrupunda mühəndislik ixtisasları üzrə plan yerlərinin artması, bu ixtisaslar üzrə hətta dövlət sifarişli ixtisaslarda belə keçid ballarının aşağı düşməsi gözləniləndir", - deyə o əlavə edib.

Xatırladaq ki,bir müddət öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

"Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - deyə M.Abbaszadə vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 601   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirlik bu şirkətdən 762 min manatlıq şpris alır

Səhiyyə Nazirliyi "Diamed CO" MMC ilə satınalma müqaviləsi imzalayacaq. Qaynarinfo xəbər verir ki, nazirlik şirkətdən şpris almaq niyyətindədir. Buna görə "Diamed CO" MMC-yə 762 00 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərili

12 fevral
.

Şahbuza 49 sm qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdar

12 fevral
.

71 yaşlı kişiyə bəraət verildi - 41 illik dostu şikayətçi idi

41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmir

12 fevral
.

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

Azərbaycanda yaxın 3 gün ərzində hava şəraitində mühüm dəyişiklik proqnozlaşdırılmır. xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirilib. O bildirib ki, fevralı

13 fevral
.

AZAL-dan bayram tətili üçün seçimlər

Yaz fəsli mühit dəyişmək və yeni təəssüratlar qazanmaq üçün gözəl fürsətdir. Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə əlverişli şərait yaradır. Azərbaycan Hava Yolları (AZAL) sərnişinlərə geniş istiqamət seçimi və çevik uçuş cədvəli təkli

13 fevral
.

bu görüntülər izləyənləri kövrəltdi - VİDEO

Sancaktepe rayonunda geyim ianə qutusundan paltar götürən azyaşlı qızın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, hadisə şahidi olan bir vətəndaş həmin anları mobil telefonla qeydə alaraq sosial mediada "Bu an ürəyimə oturdu…" qeyd

13 fevral
.

Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi

Aşıq Telli Borçalının mərhum qardaşı Ataxan Qurbanov Azərbaycan Aşıqlar Birliyinin üzvü deyildi. Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin katibi Musa Nəbioğlu deyib. O qeyd edib ki, Teli Borçalının özü və daha bir qardaşı Azərbaycan Aşıqlar Birliyinin üzvüdür:. "Onlar ailəliklə aşıq sənətini

12 fevral
.

Azərbaycanda 1-ci kurs tələbəsi vəfat etdi

Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Sadiqli Elif Gəray qızı vəfat edib. xəbər verir ki, məlumat Naxçıvan Dövlət Universitetinin sosial şəbəkə hesabında yayılıb. E.Sadiqli uzun sürən xəstəlikdən əziyyət çəkirmiş. Allah rəhmət eləsin!

13 fevral
.

Yüksək IQ-lü uşaqlar - Onlar üçün hansı risklər var?

Müasir dövrün trend olan kəlimələrdən biri də IQ-dür. Xüsusi ilə uşaqların intellekt səviyyəsi, yəni IQ göstəricisi, valideynlər və müəllimlər üçün maraq doğuran mövzudur. Çünki hər kəs övladının ağıllı olub-olmaması, məktəbdə və həyatda uğur qazanıb-qazanmayacağı ilə maraqlanır. Bununla bağlı interne

13 fevral