İsrail Müdafiə Ordusu Xan Yunisdə qalan əhalinin təxliyəsi ilə bağlı çağırış edib
İsrail Müdafiə Ordusu (İDF) Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış edib.
"Report" xəbər verir ki, bu barədə İDF-nin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, terror fəaliyyəti və Xan Yunisin cənub bölgəsindən İsrailə raket atışlarının davam etməsi səbəbilə bu ərazidə qalmaq təhlükəlidir, ona görə də mülki əhali evakuasiya edilməlidir:
"Bu səbəblə ərazidə müəyyən tənzimləmələr aparılır. Həmin tənzimləmələr HƏMAS-ın ərazidə terrorçu fəaliyyətini göstərən dəqiq kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirilir. Mülki əhaliyə dəyən zərəri azaltmaq və insanları döyüş bölgələrindən uzaq tutmaq üçün onlara ilkin xəbərdarlıq edilir. İDF terror təşkilatlarına qarşı əməliyyat həyata keçirmək üzrədir və bu səbəblə Xan Yunisin cənub məhəllələrində qalan əhalini müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə etməyə çağırır".
Məlumatda o da diqqətə çatdırılıb ki, müvəqqəti evakuasiya çağırışları sakinlərə yazılı və səsli mesajlar, telefon zəngləri, ərəb dilində media yayımları vasitəsilə çatdırılır:
"İsrail qəzzalı mülki əhalini terror fəaliyyətləri üçün canlı qalxan kimi istifadə edən HƏMAS-a qarşı fəaliyyətini davam etdirəcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 813 Tarix: 27 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl
25 sentyabrTürkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini
27 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrTrampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini
25 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabr