Rusiyalı parlamentaridən açıqlamalar: Telefon danışıqlarınızın dinləndiyini necə bilə bilərsiniz?
Telefonun sürətlə qızması, danışıq zamanı səs-küy və ya əks-səda, həmçinin mobil trafikin yüksək səviyyədə istehlakı mobil telefonun dinlənilməsinin əlamətləridir.
Oxu.Az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin məlumat verib.
Parlamentari qeyd edib ki, qadcetin telefon dinləmələrinin olub-olmadığını yoxlamaq konfidensiallığın (məxfilik) təmini və şəxsi məlumatların mühafizəsi üçün ciddi addımdır. Buna görə də diqqət etməli olduğunuz ilk məqam telefonda qeyri-adi nələrinsə baş verməsidir.
"Əgər telefonunuzun enerjisi hər zamankından daha tez bitirsə, telefon tez-tez qızırsa və ya zənglər zamanı qəribə səslər və əks-sədalar hiss edirsinizsə, bu, casus proqram təminatının mövcudluğundan xəbər verə bilər", - deyə Anton Nemkin izah edib.
Bundan əlavə, mobil məlumatdan istifadəni daha tez-tez yoxlamaq lazımdır, çünki bir çox casus proqramları məlumatları internet vasitəsilə ötürür və bu da mobil məlumat istehlakını artırır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 746 Tarix: 28 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur futbolçu məşqlərə səccadə ilə qatıldı
Məşhur futbolçu Kenan Yıldızın məşqlərə və oyunlara səccadə ilə qatılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun səccadə ilə klubun bazasına daxil olduğu anlar qısa müddətdə yayılaraq azarkeşlərin diqqətini çəkib. Onun bu davranış
6 mayXalçadakı ləkələrdən qurtulmaq artıq çox asandır
Xalçaya boya və ya yağ tökülməsi kimi panika yaradan ləkələri düzgün üsulla tamamilə təmizləmək mümkündür. Təmizlik mütəxəssisi Samanta Hoces xalçadakı inadkar ləkələrlə mübarizə aparmağın addımlarını bölüşüb. xəbər verir ki, mütəxəssislərə görə, ləkə xalçanın liflərinə nə qədər dərindən işləyərsə, on
9 mayGəlini görən bəy elə ƏZİZLƏDİ Kİ... - VİDEO
Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda izləyicilərin diqqətini cəlb edib. Görüntülərdə bəyin gəlini gördüyü an yaşadığı emosiyalar xüsusi maraq doğurub. xəbər verir ki, bəy gəlinini ilk dəfə gəlinlikdə görəndə sevincini gizlədə bilməyib. O, hisslərini qeyri-adi və səmimi şəkildə ifad
9 mayYuma zamanı bu vərdişlərdən dərhal imtina edin
Müasir texnologiyalara baxmayaraq, bəzi köhnə yuma vərdişləri artıq aktual deyil və həm paltarlara, həm də texnikaya zərər verə bilər. Hər yuma prosesinin öz qaydaları var. Bu gün istifadə olunan yuyucu vasitələr daha effektiv fermentlərə malikdir və daha ekoloji sayılır. Müasir paltaryuyan maşınla
10 mayBundesliqanın ulduzu 30 yaşında futboldan gedir
Dortmund "Borussiya"sı və Almaniya milli komandasının müdafiəçisi Niklas Zyule bu mövsümün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, 30 yaşlı futbolçu bu qərarı aprel ayında "Hoffenhaym"la oyunda diz zədəsi aldıqdan sonra verib. Zyuleni
8 may