Dondurmanı kim icad edib? -Tarixi faktlar

Dondurmanı kim icad edib? -Tarixi faktlarDondurmanın tarixi qədim dövrlərə gedib çıxır və onun tək ixtiraçısı yoxdur.

Lent.az xəbər verir ki, bir çox mədəniyyət bu qidanın ya soyudulmuş, ya da meyvə və buzla hazırlamış bir versiyasını mənimsəyir.

15-ci əsrdə asteklər dağların zirvələrindən gələn qardan yeməklərini və içkilərini soyutmaq üçün istifadə etdikləri halda, Peru və Kolumbiyadakı Andres dağlarında yağan qar da soyutma məqsədi ilə istifadə olunurdu.

"History Channel" xəbər verir ki, soyudulmuş və ya dondurulmuş süd məhsullarının ən erkən qeydə alındığı tarix ən azı eramızdan 4000 il əvvələ aiddir.

Dondurmanın ən çox təsvir edildiyi dövr isə 618-907-ci illər arasında Çində Tan sülaləsinin dövrüdür Tan sülaləsi təsadüfən kamfora, camış südü və düyü qarışıqlarını donduraraq dondurma icad edib.

Dondurmanın daha sonra Ərəbistan, İran və Anadoluya keçdiyi məlumdur. Təxminən eramızdan əvvəl 500-cü illərdə farslar buzu üzüm suyu, meyvə şirəsi və digər şirin şeylərə qarışdıraraq, onu dondurmaya bənzəyən "bastani" adlı yeməkə çevirdilər.

Makedoniyalı İskəndər gəzintiyə çıxanda həmişə yanında giləmeyvə, meyvə, bal və südlə qarışmış dağ qarı olurdu. Bu deserti dondurmanın primitiv forması hesab etsək, dondurmanı İskəndərin kəşf etdiyini söyləmək olar.

Dondurma Avropaya 13-cü əsrdə Çinə səfər edən Marko Polonun sayəsində gəlib. O Çində istehlak edilən südlü buzlu içkini Venesiyaya aparır və ağlına dondurulmuş desertlər ideyası gəlir.

XVI əsrin əvvəllərində İtaliyada "su buzu" adlı dondurma növünün hazırlandığı bildirilir. Tədqiqatçılar 1560-cı ilə aid bir sənədə istinad edirlər ki, İtaliyada süd bal ilə qarışdırılır və sonra dondurulur. İtalyan aşpazlarının öz mədəniyyətinə və zövqünə uyğun formasını dəyişdirən dondurma günümüzün dadına daha da yaxınlaşır.

Onun Fransaya ilk addımı Yekaterina Mediçi sayəsində olub. 1676-cı ildə Parisdə təxminən 250 dondurma salonu olduğu təxmin edilir.

Amerikaya isə dondurma 1700-cü ildə Britaniya koloniyaları vasitəsilə Tomas Cefferson tərəfindən gətirilmişdir.

Türklərdə dondurmanın inkişafı ilə bağlı ən mühüm məlumatları Kaşqarlı Mahmudun yazdığı Divan-ı Lügati't Türkdən öyrənirik.

Kâşqarlı kitabında türklərdə ərik, gavalı və şaftalı şirəsindən şərbət hazırlandığını və xüsusilə yay aylarında bu şərbətin dondurularaq istehlak edildiyini yazıb.

Türklərin yaşadığı iqlim sərin olsa da, yayda temperatur yüksəlir. 17-ci əsrdən etibarən dondurma saray süfrəsindən cəmiyyətə yayılır və məşhurlaşır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 970   Tarix: 28 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr