Bakıda yolda uzanan şəxs həbs edildi: "Arağımın üstünə spirt tökdülər"
Bakıda içkili halda yolun üzərində uzanan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib.
Saxlanılan 1963-cü il tarixdə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş R.M. hadisəyə görə özünün yox, arağının üstünə spirt töküb onu sərxoş edənlərin günahkar olduğunu bildirib.
"Arağımın üstünə spirt tökməklə məni bu vəziyyətə saldılar", deyə həmin şəxs bildirib.
O, Rusiya Federasiyasından deportasiya olunduğunu deyib: "Yaşayış yerim Saatlı rayonundadır, dilənçi deyiləm, ara işlərində işləyirəm, lakin hazırda işim dayanıb".
Onun Azərbaycanda saxta dollar hazırlaması, Rusiyada isə davaya qarışması ilə bağlı barəsində cinayət işləri olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib. Həmçinin başında travma olduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 842 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb
1 aprelBakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə
31 martBirinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb. Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ
31 martAzərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu
Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda
2 aprelTanınmış sabiq hakim vəfat etdi
Azərbaycanda tanınmış sabiq hakim vəfat edib. -ın -a istinadən məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib. Xatırladaq ki, Sərvə
1 aprel