Səfirliyimiz bərpa olundu: Bəs Zəngəzur dəhlizi nə vaxt açılacaq? - ŞƏRH

Səfirliyimiz bərpa olundu: Bəs Zəngəzur dəhlizi nə vaxt açılacaq? - ŞƏRHİyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Eyni zamanda Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyəti Tehranda Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.

Göründüyü kimi, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə irəliləyir. Lakin buna baxmayaraq, Zəngəzur dəhlizi məsələsində İran tərəfi adekvat bir mövqe qoya bimir. Seyid Əli Xamenei deyib ki, Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və bu mövqedə İran möhkəm dayanır. Bundan sonra Azərbaycan-İran münasibətlərini nə gözləyir?

Mövzunu Sonxeber.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, Azərbaycan-İran münasibətlərində xüsusilə səfirliyimizin yeni ünvanda başlamağından sonra təbii ki, yeni bir mərhələnin başlanğıcı qoyulub:
Səfirliyimiz bərpa olundu: Bəs Zəngəzur dəhlizi nə vaxt açılacaq? - ŞƏRH"Həm Azərbaycan, həm də İrandan verilən pozitiv açıqlamalar iki ölkə münasibətlərinin bundan sonra müsbət və yüksələn xətlə davam edəcəyini söyləməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Məsud Pezeşkian prezidenti seçildikdən sonra cənab İlham Əliyev onunla danışıqlar aparıb. Dövlət başçısı İran prezidentini ölkəmizə səfərə dəvət edib. Eyni zamanda bilirik ki, İran Azərbaycan münasibətlərində yaranan problemin kökündə Azərbaycan yox, İranın bölgəyə yanaşması dayanır. Bütün bunlar ilə yanaşı İranın içərisindəki bəlli dairələr Azərbaycan ilə münasibətlər ilə bağlı konkret addımlar ata bilmirlər. Verdikləri açıqlamalar, ortaya qoyduqları mövqelər Azərbaycanla münasibətlərin zədələnməsinə səbəb olur. İranın Ermənistandakı səfiri bölgə, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı çox qəbuledilməz, adekvat olmayan münasibətini müşahidə edirik. Amma istənilən halda hesab etmək olar ki, Azərbaycan-İran münasibətlərində yaxşı bir tendensiyanın başlanğıcı qoyulub. İranın Zəngəzur dəhlizi məsələsindəki anlaşılmaz mövqeyi gələ də davam edir. Zəngəzur dəhlizi hansısa bir formada İranın maraqlarını təhdid etməməlidir. Düşünürəm ki, İran burada prosesə obyektiv mövqedən yanaşmır. Daha çox ideoloji və məzhəbçi baxışla prosesi əngəlləməyə çalışır. İranin Zəngəzur dəhlizi məsələsində Ermənistanı qızışdırmağı və prosesin qarşısını almağı təəssüfləndirici məqamdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2440   Tarix: 31 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr