"Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları..."
"İşim-gücü şeir yazmaqdır. İlham pərisi gələndə yazıram, gəlməyəndə otururam evdə, oluram adi vətəndaş. Mən şeir yazanda şair oluram (gülür). İlham pərisi iştah kimi bir şeydir, bilmirsən nə vaxt gəlir? Gecə gəlir, gündüz gəlir.. Kefi istəyəndə gəlir. Şeir yazmayanda kitab oxuyuram, nəvələrlə gün keçirirəm, dostlarımla görüşürəm. Dost elə bir məvhumdur ki.. İllərlə onlarla görüşməsən də bilirsən ki, sən onlarla dostsan. Mənim dostluqda və düşmənçilikdə problemim yoxdur"
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib. O daha sonra əlavə edib.
"Hər verilişə getmirəm. Tok-şoulardan xoşum gəlmir. Çünki orada gedib təlxəklik etməlisən. Bu mənlik deyil. Efirlər bərbad vəziyyətdədir. Ciddi 1-2 kanal var. Efirləri döndəriblər hərəmxanaya.. Adam getmək istəmir. Bütün telekanalların sanki vəzifəsi Azərbaycan ziyalısının və vətəndaşının səviyyəsini aşağı endirməkdir. Onlar mədəniyyəti yaymağın yerinə, mədəniyyətsizliyi yayırlar. Bu çox təəssüf doğuran bir məsələdir. Mənə elə gəlir ki, tək Vahid Əziz yox, Azərbaycanın bütün ziyalıları bunu deməlidir. Mən də deyirəm, Baba Vəziroğlu da deyir, Ramiz Rövşən də deyir, Anar müəllim də deyir.. Amma televiziya rəhbərləri neynir? Sağ qulaqdan alır, sol qulaqdan buraxırlar. Başa düşə bilmirəm. Bununla kimsə məşğul olmalıdır görək bunlar niyə belə edirlər?! Bir idealogiya olmalıdır. Azərbaycanın beynəlxalq, xarici siyasəti nə qədər güclüdürsə, daxili idealogiyası da o qədər zəifdir. Bu televiziyalarla, verilişlərin səviyyəsi ilə hansı idealogiyanı hazırlamaq olar?! Efirdə qız oturur, cüvəllağının biri gətirib sinəsinə pul tökür, o da dinqildəyir. Belə şey olar?! Mənim heç kəsin əxlaqı ilə işim yoxdur. Müğənniyə gətirib maşın bağışlayırlar. Adamdan soruşarlar ki, bunu hansı pulla almısan?! Heç eşitmisinizmi bir oliqarx, iş adamı şairin, yazıçının kitabının çapına kömək etsin?! Əlbəttə ki, etməz. Belə olan halda mən hansı kanala gedim? Hansı efirə çıxım? Hansı əxlaqdan gedib danışım?! Əgər çıxış etdiyim verilişi bağlayırlarsa hansı mədəniyyətdən danışım? Deyirlər ki, Vahid müəllim, sizin sözlərinizə ehtiyacımız var. Xalqın bizim sözümüzə ehtiyacı var, amma kanal rəhbərlərinin bizlərə ehtiyacı yoxdur. Mən başa düşə bilmirəm ki, bu telekanallara çıxan müğənni və aparıcılar erməni keşişinin tələbələridir?! Azərbaycanda görünür saqqal vergisi qoymaq lazımdır. Birinci Pyotr saqqal vergisi qoymuşdu. Bu nədir belə?! Hamı saqqallı efirə çıxır! Kimə yas saxlayırlar?! Başa düşə bilmirəm. Aparıcı da saqqal buraxar? Nazir də saqqal saxlayar?! Vahid Əziz deyir, sonra da olur pis adam" deyə xalq şairi deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 762 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin
1 aprelSabah yay havası olacaq: 26 dərəcə isti gözlənilir
Azərbaycanda aprelin 3-də 26 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək
2 aprelOnlar da müəllim işləyə biləcək - Siyahı
"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb
1 aprelBu idman qidaları satışdan yığışdırıldı - Fotolar
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy
2 aprelAzərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu
Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda
2 aprelMəhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edə
2 aprelPartlayış səsləri eşidiləcək - MN
31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda
31 martBu rayonun 15 kəndində işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1
31 mart