Azərbaycanda Paris Olimpiadasının medalçılarına nə qədər mükafat veriləcək?

Azərbaycanda Paris Olimpiadasının medalçılarına nə qədər mükafat veriləcək?Fransanın paytaxtı Parisdə keçrilən XXXIII Yay Olimpiya Oyunlarının 5 günü arxada qalıb.

"Paris-2024" Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qoşulan Azərbaycan komandası 15 idman növündə yarışır.

Təəəssüf ki, xeyli idmançımız vaxtından əvvəl uduzaraq yarışları artıq başa vurublar.

Hələlik yalnız bir idmançımız medal qazana bilib. Bu, 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu Hidayət Heydərovdur. O, Fransa paytaxtında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Azərbaycan Himnini səsləndirib.

Hazırda aktivində 1 qızıl medal olan Azərbaycan komandası ölkələrin medal sıralamasında 23-cü yerdə gedir. Qarşıdakı günlərdə komandamızın medal sayı arta bilər.

Maraqlıdır, bəs Paris Olimpiadasında medal qazanan idmançılarımıza Azərbaycanda nə qədər pul mükafatı veriləcək?

Modern.az saytı mövzunu araşdırmağa çalışıb.

Adətən Olimpiya Oyunlarında medal qazanmış idmançıların mükafatlandırılması ölkə başçısının sərəncamları əsasında həyata keçirilir. Çox güman ki, "Paris-2024" Yay Olimpiya Oyunları başa çatandan və bütün idmançılar vətənə qayıdandan sonra ölkə Prezidentinin mükafatlandırma ilə bağlı müvafiq sərəncamları olacaq.

Çünki daha əvvəl keçirilən Olimpiadalar zamanı buna şahid olmuşuq.

Yada salaq ki, koronavirus pandemisyası ilə əlaqədar bir qədər gec baş tutan - 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarından sonra dövlət başçısı idmançılar və onların məqşçilərinin mükafatlandırılması ilə bağlı müvafiq sərəncam imzalamışdı.

Xatırladaq ki, Azərbaycan komandası Tokio Olimpiadasında 44 idmançı ilə təmsil olunmuşdu.

Tokio Olimpiadasında komandamız ümumilikdə 7 medal qazanmışdı - 3 gümüş və 4 bürünc.
Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib olmuşdu.

Tokio Olimpiadasında Azərbaycan milli komandası qızıl medal qazana bilməmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli sərəncamına əsasən, Tokio Olimpiadasında medal qazanan idmançılar və onların məşqçiləri üçün aşağıdakı pul mükafatları ayrılmışdı:

- gümüş medal qazanan idmançıya 200 min manat (onun məşqçisinə 100 min manat);
- bürünc medal qazanan idmançıya 100 min manat (onun məşqçisinə 50 min manat).

Eyni zamanda idmançılar və onların məşqçiləri "Vətənə xidmətə görə" və "Əmək" ordenlərilə, "Tərəqqi" medalı ilə təltif edilmişdilər.

8 il əvvəl - 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə komandamız qızıl medal qazanmışdı. Rio-de-Janeyro Olimpiadasında komandamızın aktivinə yazılan 1 qızıl medalı taekvondoçu Radiq İsayev qazanmışdı.
Həmin Olimpiadadan sonra imzalanmış Prezident sərəncamına əsasən, qızıl medal qazanmış idmançımıza 400 min manat, onun məşqçisinə 200 min manat mükafat verilmişdi.

Ehtimal olunur ki, bu il də mükafatların məbləği dəyişməyəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 999   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr