Fəqərələri "yeyən", bağırsağı məhv edən dəhşət: Spina bifidanı vaxtında aşkarlamaq olmur?

Fəqərələri "yeyən", bağırsağı məhv edən dəhşət: Spina bifidanı vaxtında aşkarlamaq olmur?Bir vaxtlar nadir hesab olunan xəstəlik və doğuş qüsurlarının sayı artmaqdadır. Adı qulağa yad gələn qüsurlardan biri də spina bifidadır.

Müalicəsi çətin başa gələn, əsasən, onurğa sütunu ilə bağlı qüsur uşaqlarla yanaşı, valideynləri də çətin duruma salır. Səkkiz yaşlı Zəhra Əsədova spina bifidadan əziyyət çəkir. Anası Leyla Əsədova Oxu.Az-a müsahibəsi zamanı bildirib ki, qüsur uşağın bir yaşı olanda MRT müayinəsi zamanı aşkarlanıb. Onun sözlərinə görə, hamilə olduğu dövrdə herpes virusuna yoluxub və qüsura da bu səbəb olub:

"Zəhra bir yaşında olanda MRT-yə apardıq. Orada dedilər ki, qızınızda anadangəlmə spina bifida qüsuru var. Açıq olanda yara olur, amma Zəhrada qapalıdır. Bel sümüyünün səkkiz fəqərəsi yoxdur. Zəhranın anus dəliyi də yox idi. 40 günlüyündə anus dəliyi əməliyyatla açıldı. Bağırsağın 90 faizini çıxarıblar, çürümüşdü. İndi hər üç aydan bir Türkiyəyə aparırıq. Sidiyini saxlaya bilmir. Türkiyədə sidik kisəsinə botoks vurdular. İndi yenə saxlaya bilməsə, süni kateter qoyulacaq. Hamilə olanda herpesə yoluxmuşam. Həkim deyirdi ki, uşağın üzündə, gözündə qüsur ola bilər, amma belində yarandı".

Yenidoğulmuş Hüseyndə də eyni problem aşkarlanıb. Körpənin anası Yasəmən Əhmədova bildirib ki, iyunun 21-də əkiz övladları dünyaya gəlib. Onlardan birinin sağlamlığı yerində olsa da, Hüseynə spina bifida diaqnozu qoyulub:

"Doğulanda Hüseynin vəziyyəti ağır idi. Ana bətnində ikən həkimlər onun bağırsaqlarının çöldə olduğunu müşahidə etdilər. Həkimlər belə uşağın tam sağlam doğulub, əməliyyatla normal həyata qayıda biləcəyini dedilər. Lakin Hüseyn doğulanda biz onun qarın divarının digər anadangəlmə inkişafı qüsuru olduğunu və dəqiqləşdirilməmiş spina bifida diaqnozu qoyulduğunu öyrəndik. Hüseynin cinsiyyət orqanı tamamilə parçalanıb, onun cinsiyyətinin hamiləlik dövründə oğlan olduğu deyilmişdi".

Spina bifidanın hansı hallarda yarandığı, necə aşkar edildiyi və müalicə olunduğu ilə bağlı suallarla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Təşkili Departamentinin Ana və Uşaq Sağlamlığı Şöbəsinin müdiri Sevinc Məmmədovaya müraciət etdik.

Həkim Oxu.Az-a bildirib ki, spina bifida hamiləliyin erkən müddətində nevral borunun formalaşmasındakı defektdir:

"Adətən, bu, ya ananın hamiləliyinin erkən müddətində keçirdiyi kəskin virus infeksiyaları nəticəsində meydana gəlir, ya da fol turşusunun çatışmazlığı səbəbindən sinir borusu qatları örtülmədiyindən yırtıq qalır və beyin toxuması o yırtıqdan çıxır".

"Artıq neçə ildir ki, respublikamızda ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində protokollarımızda qeyd olunub ki, hər bir qadın hamiləliyin ilk günündən 12-ci həftəsinə qədər nevral borunun defektinin aradan götürülməsi və profilaktikası üçün hər gün 400 mq fol turşusu qəbul etməlidir. Bu, həm Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsidir, həm də Azərbaycan Respublikasında qəbul olunmuş tövsiyədir. Yəni bizim qadınlarımız spina bifidanın profilaktikası məqsədilə hamiləliyin ilk günündən fol turşusu qəbul edirlər.

Fol turşusunu qəbul edən qadınlarda, adətən, belə qüsura rast gəlinmir. Çox vaxt hamilələr antenatal xidmətdən kənarda qalmaları, vaxtında həkimə müraciət etməmələri və ya gec müraciət etmələri səbəbindən, hamiləliyin ilk günlərindən fol turşusunun qəbulu mümkün olmadığından, həmçinin ananın yaşı çox olduğundan belə defektlər əmələ gəlir", - deyə S.Məmmədova qüsurun yaranma səbəbini izah edib.

Şöbə müdiri qeyd edib ki, bu gün spina bifidanın rəsmi statistikası aparılmır:

"Lakin spina bifida hallarının çoxaldığını qeyd etmək düzgün deyil. Çünki həqiqətən, artım yoxdur. Respublikada spina bifidaya rastgəlmə tezliyi xeyli aşağıdır. Hamiləliyin 12 həftəliyinə qədər olan müddətdə ultrasəs müayinəsi ilə spina bifida diaqnozu qoymaq mümkündür. Avropa ölkələrində ana bətnində olan uşaqda əməliyyat aparılır və əməliyyat başa çatdıqdan sonra uşaq normal doğulur. Təəssüf ki, hələlik ölkəmizdə bətndaxili döldə əməliyyatlar etmək mümkün olmadığından bizdə yalnız körpə doğulduqdan sonra bu əməliyyatlar icra olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1156   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr