Laçında həyatını itirən hərbçilərdən biri Göygöldə dəfn edilib
İyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənib ölən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri Göygöl rayonunda dəfn edilib.
APA-nın məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş 1984-cü il təvəllüdlü Tural Maşallah oğlu Səmədovun cənazəsi, əvvəlcə, Gəncə şəhərində yaşadığı evə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra çavuş Tural Maşallah oğlu Səmədov Göygöl rayonun Çaylı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Tural Səmədovun ailə üzvləri, hərbçi yoldaşları və qohumları iştirak ediblər. Hərbçi ailəli olub, bir qızı və bir oğlu qalıb.
Qeyd edək ki, iyulun 30-da xidmətdənkənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Hazırda Qubadlı Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 591 Tarix: 01 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Bakso
2 aprelMeteohəssas insanlar üçün sabahın hava PROQNOZU
Aprelin 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
2 aprelPolad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə
2 aprelAzərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında 2016-cı ildə baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür. 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədə
2 aprelBakı-Quba yolunda "Bentley" aşdı, 1 nəfər xəsarət aldı (VİDEO)
Bakı-Quba yolunda qəza baş verib. Qaynarinfo DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, aprelin 1-də saat 06:00 radələrində "Bentley" markalı avtomobil Bakı-Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlər
2 aprel9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - Video
Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. "Qafqazinfo" "Sumqayıt24"ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib. Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hama
2 aprel