Problemlər məngənəsində boğulan Paris: Azərbaycan bayrağı ilə təskinlik tapan Fransa polisi

Problemlər məngənəsində boğulan Paris: Azərbaycan bayrağı ilə təskinlik tapan Fransa polisiFransaya səfərimizin altıncı gününü dünən arxada qoyduq. Paris-2024 Yay Olimpiya Oyunlarında isə ilk günlərdə müşahidə etdiyimiz problemlər həllini tapmayıb, olduğu kimi qalır. Dünən səhərə yaxın bir az yağış yağdı ki, cüdo yarışlarının keçirildiyi ərazi yenidən palçığa qərq oldu. Halbuki həmin yerə xırda daşlar tökməklə arenaya gələnlərin rahat şəkildə hərəkətini təmin etmək mümkün idi. Amma görünən budur ki, bu məsələ yerli təşkilat komitəsini qətiyyən narahat etmir. Elə arenanın içərisində quraşdırılan böyük tablonun da varlığı ilə yoxluğu bilinmir. Təsəvvür edin ki, tavandan asılan tablonun qarşısında dəmirlər var. Bu səbəbdən də tablodan görüntüləri, hansı cüdoçuların bir-biri ilə qarşılaşdığını izləmək müşkül məsələdir.

Ən ciddi problemlərdən biri də Sena çayı ilə bağlıdır. Bu səbəbdən triatlon üzrə yarış iki dəfə təxirə salındı. Nəhayət, dünən yarış baş tutdu. Amma maraqlıdır, görəsən, bir gecədə nə dəyişdi? Olmaya çay çirkabdan Makronun sehrli çubuğu və ya səmavi qüvvələrin müdaxiləsi nəticəsində təmizləndi?

Yarış məkanlarına gediş-gəliş də bir başqa dərddir. Düzdür, əksəriyyət ən asan variant kimi metrodan istifadəni görür. Amma Paris metrosu böyük bir labirintdir. Üstəlik, orda yol göstərənlərin əksəriyyətinin ingilis dilini və ən əsası ünvanları yaxşı bilməməsi ciddi problemlərə yol açır. Bu səbəbdən yarış meydanlarına gecikənlər də olur, hətta bütün gününü metroda fırlanaraq ünvanı tapmayanlar da. Hava isinəndə isə metro konkret olaraq cəhənnəmi xatırladır. Çünki maşinistsiz hərəkət edən vaqonların böyük əksəriyyəti köhnədir, kondisionerlə təchiz olunmayıb. Açıq pəncərələr də işə yaramır. Bu üzdən insanların vaqonlarda sıxlıq səbəbindən nələr çəkdiyini təsəvvür etmək çətin deyil.

Qəribəliklərdən biri də budur ki, bəlli səbəbdən turist axını, sıxlıq müşahidə olunsa da, metroya girişdə heç kim yoxlanılmır. Nə yoxlama aparatı var, nə də polis. Halbuki Fransa polisi məhz olimpiada davam edən günlərdə daha həssas və diqqətli olmalı, insanların təhlükəsizliyinin qeydinə qalmalıdır. Bəlkə də elə bu nəzarətsizliyin nəticəsidir ki, Paris küçələrində olduğu kimi, metro da bomjların ənənəvi sığınacaq məkanına çevrilib.

Parisdə qiymətlər də at belindədir, konkret əl yandırır. Rəqəmlərə keçib, xırdalığa varmaq uzun və yersiz vaxt itkisi olardı. Onu dəqiq deyə bilərik ki, fransız xalqı heç də kef etmir. Yol kənarında gördüyümüz kafelər turistlərlə doludur. Fransızlar, əsasən də bu ölkənin koloniyalarından gələnlər isə onların qulluğunda dayanıblar, gündəlik çörək pulunu çıxarırlar. Özü də fransızlardan fərqli daha həssas və diqqətcildirlər. Hansısa məsələ ilə bağlı narahat edən kimi əl-ayağa düşür, kömək etməyə çalışırlar.

İki gün öncə, axşam saatlarında da onlardan biri ilə üzləşdik. Daha dəqiq desək, metroya gedərkən polislərdən biri həmkarımıza - 'hardansınız?", - deyə müraciət etdi. Onun diqqətini geyimimizin üzərindəki üçrəngli bayrağımız çəkmişdi. İki ölkə bayraqlarının oxşarlığı polisin bu cür müraciət etməsini şərtləndirmişdi. "Azərbaycandanıq" cavabını eşidəndən sonra təbəssümlə "mən Yeni Kaledoniyadanam" söylədi. Ardınca əl sıxıb, bizi gülərüzlə yola salan, Yeni Kaledoniyadan olan, Fransa polisində xidmət edən bu şəxsin ürəyindən nələr keçdiyini, təbii ki, özündən başqa heç kim bilmir. Bununla belə, onun müəyyən qədər sevindiyinə Azərbaycan bayrağı ilə təskinlik tapdığına zərrə qədər şübhə yoxdur...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 911   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr