Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."

Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə: "Daha çox maddiyyat əldə etmək üçün..."İyulun 27-də Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşdə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar. Görüş bütün dünyada müxtəlif mədəni ən-ənələrin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş səmərəli qərarların qəbulu ilə yekunlaşıb. Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun "Aşıq sənəti" kafedrasının müdiri, Əməkdar Mədəniyyət İşçisi, dosent Samirə Əliyeva təmsil ediblər. Onlar mədəni irsin qorunması və təbliğində müstəsna töhfələrinə görə bu fəxri nominasiyaya layiq görülüblər.

Dünyanın fəxri ustadları siyahısında yer alan aşıq Samirə Əliyeva sevinc hisslərini Moderator.az-la bölüşüb.

"Bu mənim üçün çox sevindirici bir xəbər oldu. Heç namizədliyimin irəli sürülməsindən də xəbərim yox idi. Ümumiyyətlə bu haqda məlumatsız idim. Mənim məqsədim, amalım odur ki, sırf sənətin təbliğatı yolunda çalışıb, onu bu günki zamanın tələbinə uyğun şəkildə təbliğ, tərənnüm edim. Aşıq sənəti əsrlərlə elə uzun yol gəlib ki, onsuz da uca zirvədədir. Bizlərin də borcudur ki, yaşayırıqsa, ucalırıqsa sənəti də ucaldaq. Bu bizim mənəvi borcumuzdur. Bütün aşıq sənətini sevənləri ürəkdən təbrik edirəm. Mənə dəstək olan, üzərimdə əməyi olan ustadlara təşəkkür edirəm. Sözsüz ki, tamaşaçıların o alqışları, o sevgilərı hamısı mənə stimuldur. Hər uğurumda bunu gördüm və bir daha əmin oldum ki, sənət üçün çalışanda o səni zirvələrə aparır. Bu sənətin yaranmasında, yaşamasında xalqın əziyyəti var. Xalq bunları qoruyub saxlayır. Biz ifaçılar xalqın dəstəyi ilə, onların sevgisinə söykənərək bunu yaşadırıq. Sənət üçün çalışmaq zəhmət və bu yolda usanmadan xidmət göstərmək həmişə öz bəhrəsini verib. Bundan sonra da verəcək. Nə qədər ki, canımda can var, nə qədər ki, səhnə üçün yarıyıram daha böyük uğurlara imza atmaqda məqsədliyəm. Sözün düzü bu bir az çətin olur, çünki qədim sənətdir. Belə bir ciddi sənətlə gündəmdə qalmaq asan məsələ deyil. Çünki bu gün gündəmdə daha dinamik, müasir musiqilər qalır, daha çox onlar səslənir, daha çox onlar tələbatlıdır. Amma milli, mənəvi dəyərlərimiz olan saz sənəti, muğam sənəti hər zaman yaşayacaq. Onları yaşatmaqda necə ki, dövlət başçımız, onun xanımı bizlərdən dəstəyini əsirgəmir, bizim də borcumuzdur ki, sənətin əsgərləri kimi bu yolda layiqincə xidmət göstərək. Allahın izni ilə bizə verilən etimadı daim doğruldarıq. Hər dəfə hansısa uğura imza atanda, nominassiyaya layiq görüləndə məsuliyyətim daha da artır. Bu məni nə qədər çox sevindirirsə, bir o qədər də daha çox zəhmət çəkməyə vadar edir. Demək ki, bununla kifayətlənmək olmaz, deməli sən davam etməlisən. Arzu edirəm ki, hər zaman məsuliyyətimizi zirvələrə ucalmaqlarla, böyük uğurlarla artıraq", - deyə sənətkar bildirib.

Tanınmış aşıq bildirib ki, gündəmdə qalmaq üçün hər kəsin öz seçimi var.

"Bu normal haldır. Hərənin öz yolu, öz məqsədi var. Kimisi daha çox maddiyyat əldə etmək üçün çalışar, kimisi daha çox şan-şöhrət əldə etmək üçün çalışar, kimisi tarix yazmaq üçün çalışar. Zatən hər kəs eyni yolda yürüyə bilməz. Bu mümkün deyil. Onu deyə bilərəm ki, mənim tutduğum yol daim ustadlardan gördüyüm yoldur. Bu gün də belə görürəm ki, ustad sənətkarlar sənətin ucalığı və özlərinin bu sənətlə ucalması üçün necə çalışırlarsa, mən də onlardan görüb-götürdüyümü icra edirəm. Allahın izni ilə hər şey daha gözəl, daha yaxşı olar. Daha böyük məqsədlərim var. İnşallah qismət olsun, folklor musiqi ilə bağlı beynəlxalq, böyük yarışlarda daha çox çıxış edib, daha çox nominasiyalar, qələbələr qazanmaq istəyirəm. Məhz milli musiqimizlə", - deyə aşıq bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 612   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb

1 aprel
.

"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd

2 aprel
.

Elxan Mikayılov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri vəzifəsindən azad edilən Elxan Mikayılovun yeni iş yeri məlum olub. O, -a açıqlamasında bildirib ki, öz xahişi ilə vəzifədən ayrılıb və fəaliyyətini özəl sektorda davam etdirəcək. Belə ki, Elxan Mikayılov "ASR Development Consultin

1 aprel
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edə

2 aprel
.

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycanda tanınmış sabiq hakim vəfat edib. -ın -a istinadən məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib. Xatırladaq ki, Sərvə

1 aprel
.

Birinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb. Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ

31 mart
.

"Syrovarnaya" restoranında müştərilərə menyudan fərqli hesab təqdim olunur

"Syrovarnya" restoranında müştərilərə menyuda bir qiymət, hesabda isə fərqli qiymət təqdim olunur. -ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, "Syrovarnya" restoranına istirahət məqsədilə üz tutub. O, menyuya baxaraq 50 AZN dəyərində sadə qəlyan sifariş edib. Hesa

2 aprel
.

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki

1 aprel