HƏMAS lideri necə öldürülüb? - İran kəşfiyyatı çaşbaş qalıb...

HƏMAS lideri necə öldürülüb? - İran kəşfiyyatı çaşbaş qalıb...HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı müəmma davam edir.

Modern.az-ın məlumatına görə, Qərb və Yaxın Şərq mətbuatı sui-qəsdlə bağlı müxtəlif iddialar səsləndirir.

İran mediası Haniyənin raket hücumu nəticəsində öldürüldüyünü bildirib. İddialara görə, raket ölkənin daxilindən deyil, xaricindən atılıb. turbo az mercedes

Amerikanın "The New York Times" qəzeti yazır ki, Haniyəni öldürmək üçün istifadə edilən bomba təxminən iki ay əvvəl Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilib. Qeyd olunur ki, Haniyyənin otaqda olduğu məlum olanda bomba uzaqdan partladılıb.

Qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qorunur. Bina Tehranın şimalındakı Neşat kimi tanınan kompleksin bir hissəsidir.

İranın "Fars" agentliyi isə yazıb ki, Haniyənin yerləşdiyi bina "hava-yer" tipli raketlə vurulub. Tehran hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib. İsrail hücumla əlaqəsini inkar edib.

Beləliklə, HƏMAS liderinin ölümü ilə bağlı müəmma davam edir. Qərb mətbuatı yazır ki, HƏMAS liderinə hücum onun təhlükəsizliyini təmin edə bilməyən İran təhlükəsizlik qüvvələrini də təəccübləndirib.

Qeyd edək ki, Haniyə iyulun 31-nə keçən gecə İranda öldürülüb. O, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etmişdi. İran hücuma görə qisas alacağını bəyan edib. Qətərdə dəfn olunacaq İsmayıl Haniyə ilə ötən gün Tehranda vida mərasimi keçirilib. Dəfn mərasiminin keçirildiyi Tehran Universitetinin həyətində toplaşan kütlə İsrail əleyhinə şüarlar səsləndirib.

Mərasimdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd-Bağer Qalibaf bildirib ki, "Müqavimət oxu" (Tehran və Livan, İraq və Yəməndəki iranpərəst qüvvələr - red.) "intiqam almaq" üçün müxtəlif variantları araşdırır.

"Reuters" agentliyinin məlumatına görə, avqustun 1-də İranın yüksək rütbəli hərbi rəsmiləri digər ölkələrdən olan şəxslərlə görüşlər keçiriblər. Görüşdə İsrailə mümkün cavab müzakirə edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1286   Tarix: 02 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr