Gənc oğlan maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu həbs edildi

Gənc oğlan maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu həbs edildiBakının Suraxanı rayonunda 2005-ci il təvəllüdlü Əziz şəxsi münasibətlər zəminində mübahisə zamanı Elnura (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əziz 30 iyul 2023-cü ildə gecə saat 02:00 radələrində Elnurun "KIA Ceed" markalı avtomobilin salonunda Səmayə ilə cinsi əlaqədə olduğunu görüb.

Əziz irad bildirəndə Elnur ona təhqiramiz cavablar verib. Elnurun "sən məni tanımırsan, buranın vəziyyətinə mən baxıram" kimi özündənrazı sözləri mübahisəyə səbəb olub. Mübahisə zamanı Elnur yumruqla onun üz nahiyəsinə zərbələr vurub.

Əsəbiləşən Əziz Elnura üç bıçaq vurub.

İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 3-də gecə saat 02:00 radələrində dostları ilə görüşəndən sonra yaşadığı evə gedib: "Evin yaxınlığında ağ rəngli avtomobilin dayandığını gördüm. Avtomobilin içərisindən qəribə səslər gəlirdi. Əvvəlcə içəridə qızların olduğundan şübhələndim. Maşına tərəf səsləndim, qapını bağlayıb, işığı söndürdülər.

İçəri baxdıqda bir oğlanla qızın cinsi əlaqədə olduğunu gördüm. Onları səslədim, avtomobildəki oğlan yanıma gəldi. Onunla mübahisə etməyə başladım. Oğlan istirahət etdiyini, mənim onun istirahətini pozduğunu bildirdi. Mən də ona buranın istirahət yeri olmadığını, bu ərazidə ana-bacılarımın yaşadığını və cinsi əlaqə ilə başqa yerdə məşğul olmalarını bildirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Elnur ona buranın "vəziyyətinə" baxdığını, onu tanımadığını bildirib: "Əl-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirməyə başladı. Mən hadisə yerindən uzaqlaşdım. Evimizə yaxın yerdə qardaşımı gördüm və fikrimi dəyişdim.

Qardaşımla həmin yerə qayıtdım, yenidən mübahisə etməyə başladıq. Elnur məni buraxdı, qardaşımın üzərinə getdi. Yumruqla onun üz nahiyəsinə xəsarət yetirdi. Qardaşımın yanında olduğum üçün mənim də üzümə yumruq zərbəsi endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Elnurla qardaşım əlbəyaxa oldular. O, əli və ayaqları ilə qardaşımın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Bunu görəndə belimdəki bıçağı çıxararaq Elnuru vurdum".

Təqsirləndirilən şəxs bildirib ki, Elnura xəsarət yetirməzdən əvvəl orada olan qız araya girib:

"Ehtiyatsızlıqdan qızın qolunu kəsdim. Elnuru qardaşımdan ayırmaq üçün ilk zərbəni onun arxa tərəfdən qolunun alt hissəsinə vurdum. Elnur məni qaldıraraq səkinin üzərinə yıxdı. Bədənimi qolları ilə tutduğu üçün sağ əlimdə saxladığım bıçaqla onun arxadan böyrək nahiyəsinə xəsarətlər yetirdim. Daha sonra Elnur məni buraxdı və qızla birlikdə oradan getdilər.

Mən də yerə düşən telefonumu götürdüm və qardaşımı yerdən qaldıraraq onunla birlikdə yaşadığımız evə qayıtdıq.

Təxminən iki dəqiqə sonra evdən çıxdım. Yaxınlıqda yerləşən boş həyət sahəsinə getdim və bıçağı oraya atdım. Daha sonra evə gəldim və heç nə olmamış kimi yatdım. Səhər oyandıqda Qaraçuxur qəsəbəsində yaşayan nənəmgilə yollandım. Polisin məni tutmaması üçün orada qaldım.

Mənim niyyətim Elnurla etdiyi hərəkətə görə söhbət edib, daha sonra oradan uzaqlaşmaq olub. Məhz özümü qorumaq məqsədi ilə ona xəsarət yetirmişəm. Sonradan törətdiyim əməldən peşman olmuşam".

İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, iyulun 30-da xalası oğlu Rafiqdən avtomobilini bir neçə saatlığına götürüb, qeyri-rəsmi münasibətdə olduğu Səmayə ilə görüşmək üçün onun yaşadığı evə gedib və Səmayəni evinin yaxınlığından götürüb: "Marketdən özümüz üçün su, günəbaxan tumu və çips aldıq. Bülbülə qəsəbəsində yerləşən "Arka" adlandırdığımız yerə getdik. Səmayə ilə tez-tez burada görüşərək söhbətləşirdik.

Səmayə ilə avtomobildə çips yeyərkən çipslər yerə dağıldı. Çipsini yığmaq üçün avtomobildən düşdüm. Avtomobilin arxa hissəsində dayanan zaman tanımadığım şəxs məni səslədi. Səmayə avtomobilin qapısını açdı, mənim yanına gəlməyimi istədi. Həmin şəxs Səmayəyə "söhbət edəcək kişi yoxdur ki, sən mənə cavab verirsən" ifadəsini işlətdi.

Səmayə avtomobilin qapısını açaraq özünün gələcəyini dedi. Həmin şəxs orada yerləşən pilləkənlərə doğru geri çəkildi. Biz orada mübahisə etməyə başladıq. Əzizə dediyi sözə görə şillə vurdum. O, oradan uzaqlaşdı, mən yenidən maşına oturdum".

Zərərçəkmiş bildirib ki, təxminən beş dəqiqə sonra Əziz yanında qardaşı ilə gələrək ona yaxınlaşıb və maşının pəncərəsini döyərək onu səsləyib:

"Əziz və qardaşı ilə əlbəyaxa olduq. Səmayə qışqıraraq Əzizin əlində bıçaq olduğunu bildirdi. Mən Səmayənin qolunda qan gördüm. Bundan sonra Əzizin qardaşını vurdum. Əziz isə arxadan bıçaqla məni vurdu. Lakin həmin an bıçaqlandığımı hiss etmədim. Bunu yalnız maşında başa düşdüm.

Avtomobilin mühərrikini işə saldım və xəstəxanaya doğru getmək istədim. Özümü pis hiss etdim və huşumu itirdim. Bu ara avtomobil də kənara sıçrayaraq daşın üzərinə çıxdı. Daha sonra Səmayə məni avtomobildən çıxardı və yoldan keçən bir avtomobili dayandıraraq bizi təcili yardım stansiyasına aparmasını xahiş etdi.

Həmin şəxs bizi təcili yardım stansiyasına çatdırdı. Oradan da 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirildim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əzizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1216   Tarix: 03 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr