Cibimizdən çıxan özümüzə qayıdır? - ƏDV-nin faizi azaldılsa, QİYMƏTLƏR ENƏR, amma...
VI çağırış müddətində müəyyən dönəmlərdə bəzi deputatlar bu fikirlə çıxış etdilər ki, əlavə dəyər vergisinin (ƏDV) faizi azaldılsa, qiymətlər də paralel olaraq düşə bilər. Bu mövzu zaman-zaman aktuallaşdı, amma perspektivi dəyərləndirilmədi.
Bəs reallıq nə yerdədir? ƏDV-nin ləğvi və ya faizinin aşağı salınması qiymət artımını önləyə bilərmi?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, məhsulun son satış qiymətinin formalaşmasında bir çox faktorların rolu var:
"Bunlardan da biri məhz əlavə dəyər vergisidir. Bu baxımdan, müəyyən məhsullar üzərindəki əlavə dəyər vergisinin azaldılması və yaxud da ləğvi satış qiymətinə təsir göstərir. Nəzərə alaq ki, Azərbaycanda alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün ərzaq məhsullarına, o cümlədən dərman vasitələrinə tətbiq edilən ƏDV-nin azaldılmasına müəyyən qədər ehtiyac var".
Ekspertin fikrincə, əlavə dəyər vergisinin nəinki azaldılması, hətta tamamilə ləğvi bir neçə il sonra qiymətlərin yenidən ƏDV-li səviyyəsinə çatmaq ehtimalını artırır:
"Çünki rəqabət mühiti olmayacaq. Əlavə dəyər vergisi, adından da göründüyü kimi, vergi yığımlarının artırılmasına töhfə verir. Vergi yığımları isə büdcənin formalaşmasına xidmət edir. Büdcə isə sonda məhz insanların, ələlxüsus da büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının formalaşmasına, sosial təminatların icrasına dəstək olur. Yəni əlavə dəyər vergisinin azaldılması, bir tərəfdən, qiymətlərin endirilməsinə xidmət etsə də, digər tərəfdən, büdcə daxilolmalarının azalmasına gətirib çıxaracaq. Buna görə də ƏDV-nin azaldılmamasının və yaxud da müəyyən məhsullar üzrə tamamilə ləğv edilməməsinin tərəfdarı olan subyektlər bu faktoru əsas götürürlər".
İqtisadçı-ekspert Əkrəm Həsənov isə vurğulayıb ki, ƏDV-nin azaldılması, ya da ləğv olunması qiymətləri endirə bilər:
"Çünki ƏDV qiymətin tərkib hissəsidir. ƏDV son istehlakçıdan tutulur. Gəlirdən, əmlakdan və xərcdən tutulan vergilər mövcuddur. ƏDV isə xərcdən tutulur. ƏDV olmasa, xərcimizi azaldacaq. Vergi Məcəlləsində ƏDV-dən azad olunan malların siyahısı var. Məsələn, kitablar əlavə dəyər vergisindən azaddır.
Ancaq bunu unutmayaq ki, ƏDV dövlət büdcəsinin vergidən formalaşan hissəsində ən çox yığılan vergidir. ƏDV-ni toplamaq dövlət üçün rahatdır. Bu verginin faizi aşağı salınsa, toplanan verginin də həcmi azalacaq. Vergi orqanı da bu məsələdə maraqlı deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 704 Tarix: 03 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabr