KİV: İranın İsrailə yeni hücumu daha güclü və gözlənilməz ola bilər
İranın İsrailə yeni hücumu apreldə olduğundan daha güclü və gözlənilməz ola bilər, çünki Tehran öz planları barədə heç kimə məlumat vermir.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Nəşr bildirib ki, İran son dəfə yəhudi dövlətinə doğru 300-dən çox PUA və raket atıb. Lakin diplomatları əvvəlcədən xəbərdar edib. Nəticədə ABŞ və İsrailə hazırlaşmaq şansı əldə edib. Odur ki, atılan raketlərin əksəriyyəti tutulub. Bu dəfə İsrail və müttəfiqləri "vakum"da hərəkətə etməli olacaqlar.
"The Wall Street Journal"ın yazdığına görə, Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çalışan amerikalı və ərəb diplomatları öldürülən HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və "Hizbullah"ın hərbi qanadının komandirlərindən biri Fuad Şokrun qisasını almağa hazırlaşan İran və "Hizbullah"ın qəzəbli susqunluğu ilə üzləşiblər.
Amerika administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin nəşrə verdiyi məlumata görə, Vaşinqton hələ də ehtiyatlı davranır. Zərbələrin isə yaxın günlərdə baş verməsi istisna deyil.
Bundan əvvəl Pentaqon İsraili qorumaq üçün Yaxın Şərqə əlavə qüvvələr, o cümlədən ballistik raketlərdən müdafiəni təmin edə bilən kreyserlər və esmineslər göndərdiyini açıqlamışdı.
ABŞ həmçinin əlavə yerüstü ballistik raket əleyhinə müdafiə sistemləri yerləşdirməyə hazırlaşır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 893 Tarix: 04 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrTrampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrXorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila
27 sentyabrABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar
27 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrTramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd
26 sentyabr