Şoka salan ölüm: Arılar moldovalı deputatı öldürdülər
Moldova parlamentinin deputatı, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini Yuri Pasat arı sancmalarının səbəb olduğu anafilaktik şokdan vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə hakim "Fəaliyyət və Həmrəylik" partiyasının "Facebook" səhifəsində məlumat verilib.
Partiyanın mətbuat xidməti siyasətçinin əməksevər və işinə sadiq olduğunu qeyd edib. Partiya, həmçinin Pasatın ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
"Böyük kədərlə həmkarımız, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini, deputat Yuri Pasatın vəfatı barədə xəbər veririk. Onun ölümü bu gün səhər arı sancmalarının səbəb olduğu anafilaktik şok nəticəsində baş verib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, anafilaktik şok - ən ağır allergik reaksiyadır ki, allergenlə təmasdan bir neçə dəqiqə sonra inkişaf edə və ölümlə nəticələnə bilər. Statistikaya görə, hər il dünyada anafilaksiyadan təxminən 1500 insan ölür. Bal arısı və eşşək arısı sancmaları bu təhlükəli vəziyyətin inkişafının ən çox rast gəlinən səbəblərindən biridir.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1046 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Analar Günü" reklamı qalmaqala səbəb oldu: yayından qaldırıldı - VİDEO
Bosch Türkiye tərəfindən Analar Günü münasibətilə hazırlanan reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduqdan sonra yayından çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, "Tam bir ana hekayəsi" başlığı ilə yayımlanan reklamda mağaza daxilində iki qadının dialoqu üzərində
4 mayİnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?
1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ
4 mayNevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı
"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir". xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya -ya açıqlamasında bildirib. Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olara
4 mayBritaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi
Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyas
6 mayÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub
5 mayBu ölkədə ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu
5 mayKenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebrala
7 may