Avtobus qəzaları niyə artıb ? - AÇIQLAMA
Son zamanlar ölkədə avtobus qəzalarının sayı artıb. İnsanların daha sərfəli və güvənli deyə istifadə etdiyi bu nəqliyyat növü artıq təhlükəli bir hal alıb. Bəs görəsən qəzaların artmasına səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzaların artmasına səbəb məsuliyyətsiz sürücülərdir:
"Avtobus qəzalarında sürücülərin böyük rolu var. Ciddi səhvlərə yol verirlər, diqqətsizlik edirlər. Bu da onların iş və istirahət rejimiylə, yaradılan şəraitlə bağlıdır. Müxtəlif səbəblər ola bilər. Ölkədə peşəkar sürücülərin sayı xeyli azalıb. Onlar Azərbaycanda az qazandıqları üçün xarici ölkələrə üz tuturlar. Daha yüksək maaş verdiyi üçün Polşada böyük bir Azərbaycanlı sürücü kütləsi formalaşıb. Əgər Azərbaycanda avtobus sürücüsü 8 saat iş qarşılığında 800-1000 manat maaş alırsa, Polşada 4000-5000 manat alır. Buna görə də xarici ölkələrə güclü axın var. Qalan sürücülərin də bir qismi intizamsızdırlar. Şirkətlər məcburi işi onlarla idarə eləməyə çalışır"
Onun sözlərinə görə bəzi sürücülər ölkədəki sürücü qıtlığından istifadə edirlər:
"Ölkədə peşəkar sürücü qıtlığı var. Buna görə də bəzi sürücülər bu vəziyyətdən istifadə edirlər. Çünki bilirlər ki, onları əvəz edən yoxdur. Onlar dərk etmirlər ki, hər hansı bir cinayət xarakterli hadisə törətsələr, həbs olunacaqlar. Ola bilər bəlkə də şirkət heç nə edə bilməz, amma dövlət, qanun edəcək. Bunu sürücülərə izah etmək lazımdır"
Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ?
"Şirkətlər sürücülərə ciddi təlimlər keçməlidir. Hesab edirəm ki, artıq avtobus sürücüləriylə bağlı ciddi tədbirlər görülməlidir. Onların daha yüksək əmək haqqı ilə təmin edilməsi, sosial vəziyyətlərinin yaxşılaşması və peşəkar sürücülərə üstünlük verilməsi bəlkə vəziyyəti müəyyən qədər yaxşılaşdıra bilər. Günah heç bir qurumda deyil, birbaşa sürücünün özündədir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 06 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)
Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki
1 aprel"Poz-Qazan"da 3 ayda 39 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" böyük uduşlarla sevindirməyə davam edir. Bu ilin birinci rübündə "Poz-Qazan" oyunları üzrə 39 böyük uduş qeydə alınıb. Onlar arasında ən böyük uduş "Uğurlu 7"də qazanılıb. Düz 2 ədəd biletd
2 aprelBu idman qidaları satışdan yığışdırıldı - Fotolar
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy
2 aprelBakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu
Xəbər verdiyimiz kimi, Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo"nun xəbərinə görə, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və həyat yoldaşı, 1976-cı il təvəllüdlü Ülviyyə Nərimanova kirayə yaşadıqları fərdi evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Onların fotosun
2 aprelAprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31 martBakıda bu ərazilərdə dörd saat işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara
1 aprelAprel ayında hava necə olacaq?
Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur
1 aprel