Qəbələ Xəstəxanasının tikintisində qanunsuzluq: 1,5 milyon artıq pul ödənilib

Qəbələ Xəstəxanasının tikintisində qanunsuzluq: 1,5 milyon artıq pul ödənilibHesablama Palatası Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Palatanın Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında qeyd edilib.

"Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi" layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində "Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait"in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256.868,97 manat, 2-ci mərhələ üzrə 82.440,15 manat, ümumilikdə 339.309,1 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.

"Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi" layihəsinin 1-ci mərhələsi üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542.172,74 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

"Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi" layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55.072,41 manat, 2-ci mərhələ üzrə 43.860,19 manat, ümumilikdə 98932,6 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

"Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılmış və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57.437,36 manat, 2-ci mərhələ üzrə 454.040,52 manat, ümumilikdə isə 511.477,9 manat artırılmış və podratçıya artıq ödənilib.

Layihənin icrası üzrə ehtiyacların müəyyənləşdirilməsi, ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi prosesinin aparılmaması keçirilmiş satınalma proseduru üzrə bağlanılmış satınalma müqaviləsinin öhdəliklərinin də icrasında dəyişikliklərə səbəb olmaqla yanaşı dövlət satınalmalarını tənzimləyən qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnib.

Obyektin geoloji-mühəndisi, layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməməsi və avadanlıqların satınalması üzrə ehtimal qiymətin müəyyənləşdirilməsi prosesində qeyri ixtisaslı hüquqi şəxslərə müraciətlərin edilməsi ehtimal qiymətinin də yüksək formalaşmasına imkan yaradıb.

"Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsi üzrə satınalmalarda tender komissiyasının fəaliyyətində və satınalan təşkilat tərəfindən prosedur pozuntularına yol verilmə əsasən öhdəliklərin icrası üzrə gecikmələrin cərimədən azad edilməsinə səbəb olub.

Tikinti və Şəhərsalma Məcəlləsinin 105-ci maddəsi ilə tikinti obyektinin istismara verildikdən sonra 2 il zəmanət müddəti müəyyən edildiyi halda "Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi" obyekti üzrə bağlanılmış satınalma müqaviləsində təminat müddəti 1 il müddəti seçilmişdir ki, bu da qanunvericiliyin tələblərində uyğunsuzluq hallarının olmasına səbəb olub.

2021-ci və 2022-ci illərdə Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim olunan "obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında" hesabatı göstəricisi ilə İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına təqdim olunan "Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti ilə bağlı başa çatmış və çatmamış tikililər barədə məlumat" göstəriciləri arasında əhəmiyyətli fərqlər mövcuddur.

Obyektin 2023-cü ildə başa çatmasına baxmayaraq müvafiq sənədləşmələrin vaxtında aparılmaması və başa çatmış obyektlərin istismara qəbulunun ləngiməsi mühasibat uçotunda müvafiq dövrlər üzrə hesabatda başa çatmayan tikililərin dəyərinin artmasına səbəb olub.

"Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsi üzrə işlərin müvafiq sənədlərlə 2023-cü ilin sonunadək tam başa çatması rəsmiləşdirilsə də auditlə tibbi avadanlıqların təhviltəslim aktı ilə 2024-cü ilin yanvar ayında sifarişçiyə verilməsinin müəyyən edilməsi mühasibat uçotunun aparılmasının təsdiq edici sənədlərə qismən istinad edildiyini şərtləndirir.

Qurum Nazirliyə auditlə əhatə olunan obyektin smeta sənədlərində tikinti-quraşdırma və avadanlıqlar üzrə iş vahidi qiymətinin (1991-ci ilin bazis qiyməti) düzgün tətbiq edilməməsi, layihə smeta sənədlərində "nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait"in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi və bu kimi uyğunsuzluq hallarına yol verilməsi nəticəsində podratçı təşkilatlara artıq ödənilmiş 1 491 892,34 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsinin nəzərə alınmasını təklif edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1969   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr