Mümkün İran-İsrail müharibəsi Azərbaycana necə təsir edə bilər? - "HAZIRLIQLI OLMALIYIQ"

Mümkün İran-İsrail müharibəsi Azərbaycana necə təsir edə bilər? - "HAZIRLIQLI OLMALIYIQ"Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə yeni gərginlik mərhələsinə qədəm qoyan İran-İsrail münasibətləri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgahda qətlə yetirilməsi ilə özünün ən gərgin mərhələsinə qədəm qoyub. Tərəflərin açıqlamalarından da anlaşılan odur ki, əgər bəyanatlar və güc nümayişi birbaşa münaqişə mərhələsinə qədəm qoysa, regionun çarxı öz məhvərindən çıxıb acınacaqlı vəziyyətin yaranmasına səbəb olacaq. Təbii ki, hər iki ölkənin istər dostluq-tərəfdaşlıq, istərsə də qonşuluq münasibətlərini nəzərə alsaq, mümkün qarşıdurma Azərbaycan üçün heç də arzuolunan deyil.

Bəs potensial İran-İsrail müharibəsi Azərbaycana necə təsir edə bilər?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı mövzunu Oxu.Az-a dəyərləndirib:

- İran-İsrail münasibətlərinin pisləşməsi barədə danışarkən biz müxtəlifsəviyyəli gərginliyi nəzərdə tuta bilərik. Əgər söhbət hazırkı gərginlikdən gedirsə, yəni ritorik qarşıdurma və bir-birinin əlaqəli nöqtələrinə zərbə endirmək səviyyəsi nəzərdə tutulursa, bu, narahatedicidir, lakin biz bunun zərərini birbaşa hiss etməyəcəyik. Əgər söhbət bunun daha irəli mərhələsindən gedirsə, yəni həm İsrail tərəfindən İran ərazisində həyata keçiriləcək müəyyən addımlar nəzərdə tutulursa, həm də İrandan İsrailə endirilən zərbələr daha effektiv, mütəmadi və sistemli olacaqsa, Azərbaycan bunun təsirlərini bir neçə istiqamətdə hiss edə bilər.

- Bu təsirlər hansı istiqamətləri özündə ehtiva edir?

- Hər iki dövlət Azərbaycana bu və ya digər formada yaxındır. Biri Azərbaycanla qonşu dövlətdir, orada az qala ölkə əhalisinin yarıdan çoxunu təşkil edən soydaşlarımız yaşayırlar. İstər-istəməz, İran ərazisində baş verəcək dağıdıcı zərbələri, yaşana biləcək humanitar və digər problemləri ən azından mənəvi olaraq hiss edəcəyik. Eyni zamanda, regionda, onsuz da, Azərbaycanın ətrafında kifayət qədər qeyri-sabit mərkəzlər var. Bu qeyri-sabitliyin artması Azərbaycan üçün əlavə risklər yarada bilər. Bu, qaçqın ordusunun axını ilə bağlı risklər də ola bilər, digər problemlər də.

Məlum olduğu kimi, Azərbaycanın da yer aldığı Orta Dəhliz hazırda ciddi sabitlik bölgəsi kimi tanınır. Çünki qlobal iqtisadiyyatda bir sıra dəhlizlərlə bağlı inam verməyən və ya riskli, yaxud beynəlxalq ticarətin qaydalarına əməl olunmayan yanaşmalar var, amma Azərbaycanın da əsas hissəsini təşkil etdiyi Orta Dəhliz beynəlxalq ticarətin qaydalarına uyğun hərəkət edən, daha sabit, gələcəklə bağlı daha rahat proqnozlaşdırılabilən bir dəhliz kimi görünür. O cümlədən Azərbaycanın özü.

Amma İran-İsrail gərginliyinin hər iki ölkə üçün real təhlükə yaradacaq səviyyəyə gəlməsi istər-istəməz Azərbaycana da təsir edəcək. Çünki İranın da İsrailə endirəcəyi zərbələrin yaradacağı humanitar və s. problemlər Azərbaycan üçün xoş olmayacaq reaksiyalar doğuracaq. Azərbaycan-İsrail münasibətləri hərbi təhlükəsizlik istiqamətində yüksək səviyyədədir, eləcə də Azərbaycan cəmiyyətində müəyyən insanlar var ki, onlar İranla olan bağlara dəyər verirlər. Bu baxımdan, baş verə biləcək münaqişə Azərbaycan cəmiyyəti üçün arzuolunmazdır.

- Bəs Azərbaycan seçim qarşısında qala bilər?

- Xarici siyasət kursunda Azərbaycanın normal münasibətlərə sahib olduğu hər hansı iki dövlət arasındakı münaqişə və dağıdıcı müharibə Azərbaycanı seçim etməklə bağlı bir qədər təzyiq altında saxlayır. Düzdür, bu günə qədərki təcrübədə Azərbaycan bu cür hallarda prosesi uğurla idarə edib. Azərbaycan əsas etibarilə başqa dövlətlər arasındakı problemin, o cümlədən müharibənin birbaşa tərəfi olmamağa çalışır və bu, doğru strategiyadır. Yəni İran-İsrail gərginliyi də dağıdıcı zərbələrin endirildiyi bir mərhələyə keçsə, yəqin ki, Azərbaycan yenə də münaqişə tərəflərinin birbaşa heç birinin tərəfini tutmayacaq, əksinə, onları sülhə-təhlükəsizliyə çağıracaq. Amma istər-istəməz, bu, beynəlxalq münasibətlər sistemi baxımından Azərbaycanı müəyyən təzyiq atında da saxlayacaq. İstər İsrail və onu dəstəkləyən Qərb bloku olsun, istərsə də qonşu dövlət və ərazisində onmilyonlarla soydaşımız yaşadığı üçün İran - bu təsir və təzyiq həm həmin dövlətlərdən qaynaqlana bilər, həm də Azərbaycan cəmiyyətində özünü həmin ölkələrə daha yaxın hiss edən insanlar tərəfindən.

- Azərbaycan nə etməlidir ki, mümkün təhlükə ondan maksimum yan keçsin?

- Azərbaycan hətta öz əraziləri işğal altında olanda belə, daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib. Diqqət etsəniz, Azərbaycan hətta ərəb-İsrail münaqişəsi ilə bağlı da heç bir halda tərəfləri gərginliyə sövq edəcək mövqe nümayiş etdirməyib. Yəni həm Fələstin tərəfi ilə, həm İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ərəb dövlətləri ilə, həm ikitərəfli çərçivədə ərəb dövlətləri ilə, həm də İsrail ilə normal münasibətlərə malikdir. Üstəlik, İsraillə yaxşı münasibətlərə malik olduğu halda, Fələstinə dəstək göstərir, onun Azərbaycanda diplomatik missiyasının açılmasına maddi-texniki dəstək verib. Çünki Azərbaycanın yanaşması sülhü və əməkdaşlığı təşviq etməyə istiqamətlənib.

Əgər digər dövlətlərin arasındakı münasibətlər artıq müharibə səviyyəsinə gəlibsə, biz görürük ki, Azərbaycan bu halda birinci addım kimi müharibədən kənarda qalmağa, yəni tərəf olmamağa çalışır, ikinci addım kimi tərəfləri sülh və əməkdaşlığa çağırır, üçüncü addım kimi, əgər gücü və əlaqələri imkan verirsə, bəzən qapalı şəkildə vasitəçilik etməyə çalışır ki, münaqişə zəifləsin və ya sona çatsın, dördüncü addım kimi isə münaqişədən zərər çəkənlərə, xüsusən də həssas kütləyə humanitar yardım göstərməyə çalışır. Ən azından, biz bunu ikitərəfli və çoxtərəfli formatlarda dəfələrlə görmüşük. Təbii ki, beynəlxalq təşkilatlar çərçivəsində də problemin həlli istiqamətində lazımı addımlar atılır.

- Münaqişə tərəflərindən birinin Azərbaycanla həmsərhəd ərazidə yerləşməsi daha diqqətli və hazırlıqlı olmaq üçün bizə əlavə bir məsuliyyət yaradırmı?

- Elə buna görə də ilk növbədə təhlükəsizlik tədbirlərini gücləndirməliyik. İkincisi, bu gərginlikdən sui-istifadə edərək Azərbaycanda sabitliyi pozmağa çalışan müxtəlif güclər ola bilər. Bu güclər həm münaqişə tərəfləri, həm Azərbaycanla bağlı fərqli mövqeləri olan kənar dövlətlər ola bilər. Eyni zamanda, Ermənistanda hələ də revanşizməmeyilli, ölkəni yenidən müharibəyə sürükləmək istəyən qüvvələr var. Ona görə də sabitliyi qorumaq və təhlükəsizlik tədbirlərini artırmaq, eyni zamanda sərhədlərin qorunma səviyyəsini artırmaq Azərbaycan üçün vacib məsələdir. Çünki elə problem var ki, Azərbaycan onu birbaşa həll edə bilər, elə problem də var ki, nəinki Azərbaycanın, dünyada heç bir dövlətin bunu təkbaşına həll etməsi mümkün deyil. Biz Suriya böhranı zamanı bunun əyani şahidi olduq ki, qardaş Türkiyə təcrübəsi və gücü olan dövlət olduğu halda, sıxıntılar yaşadı. Buna görə də Azərbaycan indiki konyunkturda öz strateji müttəfiqləri və tərəfdaşları ilə hazırlıqlı olmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1193   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr