Londondakı 22 mülkünə həbs qoyulan namizəd: Cavanşir Feyziyevin gözqamaşdıran əmlakları – SİYAHI

Londondakı 22 mülkünə həbs qoyulan namizəd: Cavanşir Feyziyevin gözqamaşdıran əmlakları – SİYAHIMilli Məclisə seçkilərin zamanı yaxınlaşdıqca, uzun illərdir parlamentdə kök salan bəzi deputatlar adətləri üzrə yenidən seçki marafonu ilə bağlı hay-həşirə düşüblər.

Adları qalmaqallardan əsirgənməyən, yaxud milyonluq villaları ilə yerli medianın manşetlərini oxşayan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından əl çəkmir və ömrünün axır çağlarını 5 il öz kreslosuna yayxanaraq, səssiz-səmirsiz keçirmək istəyir.

Bu şəxslərdən biri də adı qalmaqallardan düşməyən, Böyük Britaniyadakı 50 milyonluq villası ilə saytların gündəminə gələn VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Belə ki, Milli Məclisin bitərəf deputatlarından olan Cavanşir Feyziyevin 115 saylı Şəki kənd seçki dairəsindən namizədliyini irəli sürməsi ilə bağlı ötən gün məlumat yayılmışdı.

Yenicag.az-ın qalmaqallı deputatları rubrikasının ilk "qonağı" da məhz odur.

Qısa araşdırma ilə C. Feyziyev və onun mülkləri haqqında bir çox məlumatlar tapmaq olar. 2010-cu ildən bəri Azərbaycan parlamentinin deputatı olan C. Feyziyev, eyni zamanda, Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupun rəhbəri olub. O, 2022-ci ilə qədər Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.

Bu ilin fevralında C.Feyziyevlə bağlı araşdırma yazısında qeyd edilmişdi ki, Britaniya məhkəməsinin onun qohumlarının hesablarındakı 5,6 milyon funtun dondurulması barədə qərarından sonra Feyziyev tutduğu vəzifələrdən çıxıb.

Qeyd edək ki, cari ilin fevralında Böyük Britaniya Ali Məhkəməsi keçirilən prosesdə C. Feyziyevin Londondakı 22 mülkünə həbs qoyulması barədə qərarı açıqlamışdı. Məhkəmənin bununla bağlı açıqlamasında isə bildirilmişdi ki, deputat və həyat yoldaşının bu mülklərin "qeyri-qanuni yollarla əldə edilən gəlir" vasitəsilə aldıqlarına dair şübhələr var. Bundan əlavə, dövri mətbuatda gedən informasiyalardan da bəlli olur ki, 39.5 milyon funt (təxminən 85 milyon AZN) dəyəri olan mülklər Böyük Britaniya Ali Məhkəməsinin 2023-cü ilin iyunundakı qərarından sonra dondurulub.

Hətta həmin vaxt Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) bildirmişdi ki, dondurulma qərarı mülklərin pulyuma vasitəsilə əldə olunan gəlirlə satın alınmasına dair "güclü dəlil" var.

Yeri gəlmişkən, jurnalistlərlə də münasibəti yaxşı olmayan C. Feyziyev 2022-ci ilin fevralında London məhkəməsində 5.5 milyon funt-sterlinq dəyərində olan mülklərlə bağlı yayılan informasiyalarla əlaqədar mətbuata göndərdiyi məktubu da rezonans doğurmuşdu. Belə ki, deputat mülkləri ilə bağlı araşdırma aparan jurnalistləri təhqir edib, hətta bəzilərini "Kürdəxanı "ziyarətinə" gedib çata bilməmişlər" belə adlandırmışdı.

Xülasə, media ilə arası yaxşı olmayan, parlamentdə keçirdiyi 12 illik vaxtını var-dövlət yığmağa həsr edən cənab Feyziyev maraqlıdır ki, yenidən hansı həvəslə deputatlığa namizədliyini verir? Axı onu bu cəmiyyətin ən sadə vətəndaşı belə topdağıtmaz mülkləri ilə xatırlayırsa, belə bir şəxsin parlamentdə xalqın dərdinə yanacağına inanan varmı?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 823   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr