Ehtiyatsızlıqdan qardaşını öldürdü
İstanbulun Sancaktəpə qəsəbəsində Rıdvan və Yasin Akdoğan qardaşları bacılarına sataşan Əli K.-ya zəng edərək danışmağa çağırıblar. Görüş zamanı mübahisə yaranıb. Mübahisə zamanı Yasin Akdoğan ehtiyyatsızlıq nəticəsində qardaşını öldürüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Sancaktəpədəki ofisdə baş verib.
İddiaya görə, davamlı olaraq evlərinə gələn və dostluq etdikləri Ali K.-nin bacılarına sataşdığını öyrənən Rıdvan və Yasin Akdoğan Əli K.-nı ofisə çağırıblar. Ofisin təhlükəsizlik kamerasında Rıdvan Akdoğanın əvvəlcə Əli K.-nın başına tapança dayadığı, daha sonra onu təpik, yumruqla vurduğu görünür.
Yasin Akdoğan müdaxilə etmək istəyəndə Rıdvan Akdoğan Ali K.-nin ayağına atəş açır, daha sonra isə başına təpiklə vurur. Yasin Akdoğanın dəhlizə doğru aparmağa çalışdığı Rıdvan Akdoğan geri dönmək üçün cəhd edəndə tapançadan açılan atəş nəticəsində yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılan Rıdvan Akdoğan 17 gün sonra dünyasını dəyişib. Onun qardaşı Yasin Akdoğan "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" ittihamı ilə saxlanılıb. Akdoğan məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1153 Tarix: 08 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 2021Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı
Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb
17 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Sabirabadda ağır qəza - Ölən və yaralılar var
Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
12 sentyabr 2021Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021