Qazi xəstəxanada döyüldü

Qazi xəstəxanada döyüldüTürkiyəni şoka salan hadisə Dənizli Pamukkale Universitetində baş verib. Belə ki, qazi Səməd Gülüstan həyat yoldaşının babasını ziyarət etmək üçün xəstəxanaya gəlib və xəstəxananın mühafizəçiləri ilə arasında mübahisə yaranıb. Mübahisə zamanı mühafizəçilər qazini döyüblər. Hadisədən sonra universitet rəhbərliyi mübahisədə iştirak edən 4 mühafizəçini işdən uzaqlaşdırıb və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, xəstəxanaya gələn Səməd Gülüstan ziyarət saatı bitdiyi üçün mühafizəçilər onları içəri buraxmayıb. Lakin o, mühafizəçilərdən içəri buraxmalarını, universitet işçisi, eyni zamanda qazi statusuna malik olduğunu bildirərək, bu vəziyyəti nəzərə almalarını da xahiş edib. Mühafizəçilər isə Gülüstanın tələbini qəbul etməyib və onu içəri buraxmayıblar.

Mühafizəçilər Gülüstana hörmətsiz münasibət göstərib. Mühafizəçilərdən biri Gülüstana "Sizin qazi, kadr statusunuz məni maraqlandırmır" deyərək reaksiya verib. Mübahisə şiddətləndiyi üçün Gülüstan mühafizəçilər tərəfindən fiziki təzyiq məruz qalıb.

Gülüstanın ifadəsinə görə, mübahisədən sonra daha iki mühafizəçi hadisə yerinə gələrək Gülüstana fiziki təzyiq edərək, onu vurmaq istəyiblər. Gülüstan mühafizəçilərin hücumuna qarşı özünü müdafiə etməyə çalışdığını bildirib. Lakin bu zaman asayiş keşikçilərindən biri Gülüstanın qarın boşluğuna vurub, daha sonra digər mühafizəçi Gülüstanın boğazını sıxaraq yerə yıxıb. Gülüstan ağciyərlərində problem olduğu üçün nəfəs almaqda çətinlik çəkdiyini və bunun onu daha da çətin vəziyyətə saldığını bildirib. Yerə yıxılandan sonra da döyülməyə davam edən Gülüstan bu hadisənin ona fiziki xəsarət yetirməkdən əlavə, onun ləyaqətini sındırdığını, qazi statusunu təhqir etdiyini bildirib.

Hadisədən sonra polisə gedərək şikayət ərizəsi yazıb və günahkarların cəzalandırılması üçün hüquqi proses başlanılmasını tələb edib.

Pamukkale Universiteti (PAU) rəhbərliyi bu hadisənin qəbuledilməz olduğunu bildirib və qaziyə hücumu pisləyib. PAU rektoru Prof. Dr. Ahmet Kutluhan hadisəni törədən şəxslər barəsində dərhal istintaq başladıldığını və məhkəmə prosesinin davam etdirildiyini açıqlayıb. Rektor Kutluhan mühafizəçilərin vəzifədən uzaqlaşdırıldığını və universitet olaraq veteranın yanında olduqlarını vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1196   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO

Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya

21 sentyabr
.

Laçında traktor minaya düşdü

İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

26 sentyabr
.

İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi

Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng

21 sentyabr
.

Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü

Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla

21 sentyabr
.

Yanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO

Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna

23 sentyabr
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lerikdə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 23 km olub

27 sentyabr
.

İtkin düşən 5 nəfər ötən gün tapılıb

İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə

26 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr