Qaşım Maqomedov kimdir? - Qələbəsini doğulmamış övladına həsr edən idmançımız

Qaşım Maqomedov kimdir? - Qələbəsini doğulmamış övladına həsr edən idmançımızBirinci vitse-prezident Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Rusiya və Azərbaycan taekvondoçusu Qaşım Maqomedovla bağlı paylaşım edərək, təbrikini çatdırıb.

Lent.az "Bioqrafiya" rubrikasında Qaşım Maqomedov barədə məlumat verir.

- Qaşım Maqomedov harada və nə zaman anadan olub?

Qşim Maqomedoviç Maqomedov 22 sentyabr 1999-cu ildə Dağıstanın Şamilski rayonunda, Teletl kəndində anadan olub.

- Qaşım Maqomedov milliyətcə kimdir?

O milliyyətcə avardır.

- Qaşım Maqomedovun ilk məşqçisi kim olub?

Onun karyera yüksəlişində atasının böyük rolu olub. İlk müəllimi öz atası olub.

- Qaşım Maqomedovun idmanda başqa uğurları var?

Bəli. 2023-cü ildə Avropa çempionu adı alıb. 2012-ci ilin noyabrında kapitan olduğu Rusiya yeniyetmə milli komandasının üzvü kimi Xorvatiyada keçirilən beynəlxalq "A" dərəcəli turnirin qalibi olub. 2015-ci ildə gənclər arasında taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanıb. 2016-cı ilin noyabr ayının sonunda Kanadada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandasının tərkibində finalda Cənubi Koreyalı Yun Çan-Hoya uduzaraq dünya çempionatının gümüş medalına sahib olub.

- Qaşim Maqomedov harada yaşayır?

2015-ci ilə qədər Rusiya çempionatlarında qələbələr qazanıb, sonra Azərbaycana köçüb. O, Azərbaycan taekvondo komandasının üzvüdür.

- Azərbaycana köçdükdən sonra hansı uğurları əldə edib?

2017-ci ilin yanvarında Bakıda Azərbaycan çempionu olub. 2017-ci ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 9 avqust 2022-ci ildə Konyada (Türkiyə) V İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı olub.

2023-cü ilin fevralında Türkiyə Prezidentinin Taekvondo Kubokunda (İstanbul) qızıl medal qazanıb.

2023-cü ilin martında Hollandiya Açıq Çempionatında (Eindhoven) qızıl medal ,2023-cü ilin iyununda Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında bürünc medal, 2023-cü ilin avqustunda 2023-cü il Avropa Taekvondo Çempionatında (Tallin, Estoniya) qızıl medal qazanıb. 2023-cü ilin oktyabrında Qatar Açıq Taekvondo Çempionatında (Doha) bürünc medalçı, 2023-cü ilin noyabrında Balkan Kuboku turnirində (Sarayevo, Bosniya və Herseqovina) 63 kq-a qədər çəki dərəcəsində qızıl medalçı olub.

2023-cü ilin dekabrında Vuxidə (Çin) Olimpiya çəki dərəcələrində Böyük Dəbilqə çempionatı turnirində qazanılmış qızıl medal ona 2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya verib.

2024-cü ilin aprelində Belqradda keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.

- Qaşım Maqomedov 2024-cü il Olimpiya Oyunlarında kiminlə mübarizə aparıb?

Maqomedov 2024-cü il Olimpiya Oyunlarında çıxışına irlandiyalı idmançı Cek Vulli üzərində qələbə ilə başlayıb. 1/4 finalda o, son dünya çempionatının bürünc mükafatçısı ispaniyalı Adrian Visentedən güclü olub, yarımfinalda isə hazırkı olimpiya çempionu italiyalı Vito Dell'Aquila üzərində qələbə qazanıb. 54 kq çəki dərəcəsində hazırkı dünya çempionu cənubi koreyalı Park Tae-cun ilə finalda Maqomedov döyüşün əvvəlində ayağından zədə alsa da, buna baxmayaraq mübarizəni davam etdirib. Nəticədə Maqomedov məğlub olub və gümüş medal qazanıb. Bu, Azərbaycanın taekvondo üzrə Olimpiya Oyunlarında dördüncü medalı və ilk gümüş medalı olub. Azərbaycan idmançıları sonuncu dəfə 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada medal qazanıblar.

- Qaşım Maqomedov neçə kiloqram çəki dərəcəsində döyüşüb?

Qaşım Maqomedov 58 kq çəki dərəcəsində mübarizə aparıb.

- Qaşım Maqomedov qələbəsi ilə bağlı hansı hissləri yaşayıb?

O, sosial şəbəkə hesabında videopaylaşımında azarkeşlərinə dəstəyə görə minnətdarlığını bildirib: "Hər rəyinizi oxuyuram və görürəm. Fiziki olaraq hamıya cavab verə bilmirəm. Hamınıza təbriklərə və dəstəyə görə təşəkkür edirəm. İnşallah, yavaş-yavaş hər birinizə cavab yazacam. Kimə cavab yazmıramsa üzrlü saymağını və məni başa düşməyini istəyirəm. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Tribunalarda Azərbaycan bayraqları gördükcə daha çox sevinirdim".

İdmançı Azərbaycan Prezidenti İlham Əliyevə, Taekvondo Federasiyasının rəhbərliyinə və məşqçilərinə təşəkkür edib:
"Artıq 10 ildir ki, Azərbaycandayam. Prezident İlham Əliyev idman infrastrukturunun möhkəmləndirilməsi, yeniləşdirilməsi və bu sahənin inkişafına xüsusi diqqət yetirir. İlbəil idman sahəsində böyük inkişafın olduğunu görürük. Bütün Azərbaycan xalqına, məni tribunadan, televiziyadan izləyən və dəstəkləyən hər kəsə minnətdaram".

Qaşım Maqomedov finaldakı rəqibi, Cənubi Koreya təmsilçisi Park Taejoona məğlub olmasına da münasibət bildirib:

"Bir neçə ay öncə turnirdə koreyalı idmançı ilə qarşılaşmışdım və onu finalda məğlub etmişdim. Bugünkü döyüşdə isə özümü çox gözəl hiss edirdim. Əmin idim ki, tatamidə hər kəsi məğlub edib qızıl medalla Vətənə qayıdacağam. Amma təəssüf ki, zədə almağım buna imkan vermədi. Qismət gümüş idi. Baş həkim bildirdi ki, sümükdə sınıq ola bilər. Hazırda yoxlanış üçün xəstəxanaya gedəcəyik"- deyə o bildirib.

- Qaşım Maqomedov ailəlidir?

Bəli. "Gümüş medalı ailəmə, xüsusilə həyat yoldaşıma həsr edirəm. Biz ikinci övlad gözləyirik",- deyə o qeyd edib.

- Cüdoçular Los-Anceles-2028-ə titullarını qorumaq üçün gedəcəklərini deyiblər. Qaşım Maqomedov bu barədə nə düşünür?

"Qızıl medal hədəfim var. Uşaqlıqdan Olimpiadaya yollanmaq arzum idi. Kiçik yaşlarımda idmanla məşğul olarkən bu yarışı izləyərkən qeyri-adi hisslər keçirirdim. Bu arzumu həyata keçirmək mənə qismət oldu. Gümüşlə fəxr edirəm. Gəncəm, hələ qarşıda böyük uğurlar qazanmaq şansım var. Los-Ancelesdə bu mümkündür"- deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1181   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr