Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması

Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılmasıSeçki prosesi siyasi kommunikasiyaların ən aktiv dövrlərindən biridir. Eyni zamanda müxtəlif platformalı namizədlər cəmiyyətə fərqli mövzularda mesajlar verirlər. Ancaq bu sahədə də strateji kommunikasiyaların qaydalarına əsasən planlı yanaşma gərəklidir.

Ümumi olaraq seçici ilə kommunikasiya 3 hissəyə bölünür. Birinci, müxtəlif sahələrdə deputatlığa namizədin düşüncə və fikirlərini və ya təmsil etdiyi siyasi partiyanın yanaşmasını əks etdirən Siyasi Platforma yaradılır. Platforma mütləq şəkildə hazırlanmalıdır ki, namizdən öz kommunikasiyasını rahatlıqla qursun və böhran halları ilə qarşılaşmasın. Platformaya bəzən proqram və ya manifest adı da verirlər. Platforma nisbətən kompleks dildə hazırlanır və bütün kampaniya dövründə bütün kommunikasiyalarda – seçicilərlə görüşlər, TV və radio çıxışları, sosial səhifələrinin konteninin yaradılması və s. gündəlik şəkildə istifadə olunur. Platformada qeyd olunanlarla bağlı namizəd hər zaman hazırlıqlı və medianın suallarına açıq olur. Platformanın dilinin də öz üslubu var, burada "mən" tipli ismarışlardan istifadə etmək düzgün sayılmır.

Seçkidən sonra, səsvermənin nəticəsində namizəd Milli Məclisə seçilərsə platforma öz qüvvəsini itirmir və deputat onun əsasında öz fəaliyyətini davam etdirə bilir.

Bununla yanaşı seçicinin ən çox qarşılaşdığı kommunikasiya Platforma deyil, ikinci elementdir – mesaj və ya ismarışdır. Seçicilərin əksəriyyəti uzun yazıdan ibarət olan proqramları yadda saxlamır, əvəzinə namizədlərin verdiyi və professionallar tərəfindən hazırlanmış mesajlarını unutmur. Məhz buna görə düzgün mesajların formalaşdırılması, onların namizədin siyasi yanaşmalarını əks ətdirməsi çox vacibdir. İdeal mesajlar qısa olmalıdır. Mütəxəssislər mesaj üçün maksimum 27 söz limiti qoyurlar. Daha uzun mesajlar auditoriya tərəfindən qəbul edilmir və yadda qalmır.

Eyni zamanda unutmaq olmaz ki, mesaj sloqan deyil! Kampaniyanın mesajı seçicilərə namizədin niyə parlament seçkilərinə qoşulduğunu və digər namizədlər sırasından niyə məhz onu seçməli olduqlarını bəyan edir. Mesaj potensial dəstəkşilərə aydın göstərməlidir ki, onların qarşıladığı problemlərə ən yaxşı həllər məhz sizdədir.

Digər vacib məqam da "kod söz"lərdən istifadə ilə bağlıdır. Son illər müxtəlif seçkilərdə "kod sözlərdən" istifadə olunur ki, bu da ən effektiv üsullardan sayılır. Sahənin araşdırmaçısı Castin Xo yazır ki, "kod sözlər" ümumi auditoriyaya deyil, konkret adamlara, konkret seçicilərə yönəlmiş sözlər olur və birbaşa təsir qüvvəsinə malikdir.

Yalnız bu mərhələr bitdikdən sonra kommunikasiya alətləri işə salınmalı və müxtəlif fokus qruplara yönəlmiş mesajlarla kommunikasiya qurulmalıdır. Sloqanların hazırlanması da bu mərhələyə aiddir.

"Viva" kommunikasiya agentliyi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr