İşsizlik niyə artır ? - AÇIQLAMA

İşsizlik niyə artır ? - AÇIQLAMAHər il 30 mindən artıq gənc ali təhsilini başa vuraraq, əmək bazarına qoşulmağa can atır. Amma tam ali təhsil Azərbaycanda iş-güc sahibi olmaq üçün əsas deyil. Çox az qisim öz ixtisasına uyğun bir işlə təmin olunur. Əksəriyyət ya fərqli sahəyə yönəlir, ya da işsiz qalır.

Bəs gənclərin iş tapmaqda çətinlik çəkmələrinə səbəbi nədir ?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az -a açıqlamasında bildirb ki, gənclərin iş tapa bilməməsinin səbəbi ölkənin əmək bazarında olan boşluqlardır:

"Təəssüf ki, Azərbaycanda iş tapmaq çox çətindir. Son illərdə ölkədən xaricə iş məqsədi ilə gedənlərin sayı artıb. Onların böyük əksəriyyətini gənclər təşkil edir. Əmək bazarı mövcud tələbatın heç yarısını belə qarşılaya bilmir. Çünki bizdə iqtisadi diversifikasiya ciddi aparılmayıb və bir çox sahədə iqtisadi aktivlik zəifdir. Bir çox problem və maneələr var. Yeni iş yerlərinin yaranması və yeni bizneslərin qurulması üçün bürokratik əngəllər var. Mövcud iş yerlərində isə işçilərin işə qəbulunda tamam başqa metod və prinsiplər tətbiq olunur. Bu proseslərdə ədalətsizliklər var. Bundan başqa, mövcud olan iş yerlərində də əmək haqqı çox aşağıdır. Belə bir vəziyyətdə gənclər bu əmək haqqı ilə işləyib özlərinə həyat qura bilmirlər və məcburən xarici ölkələrə köçürlər. Bununla da vəziyyət getdikcə pisləşir. Biz beyinli, əmək qabiliyyətli, istedadlı gəncləri itiririk. Əhalinin işgüzar və gənc hissəsi azalır. Bu isə öz növbəsində gələcəkdə çox ciddi problemlər yaradacaq".

Dövlət bu halın qarşısını almaq üçün hansı tədbirləri görür ?

"Dövlət bununla bağlı hər hansı ciddi tədbir görmür. Mən hesab edirəm ki, görülən müəyyən işlər də effektiv deyil. Yaxşı olardı ki, kompleks şəklində dövlət proqramları həyata keçirilsin. Xüsusən iş yerlərinin yaradılması, azad rəqabət şəraitli kiçik bizneslərə, sahibkarlığa dəstək proqramları olmalıdır. Dövlət öz böyük investisiyaları hesabına fabrik və zavodların sayını artıra bilər. Təkcə Bakıda yox, rayonlarımızda da fabrik və zavodların sayı artırılmalıdır. Özünüməşğulluq proqramı çox zəifdir, buna da nəzarət etmək lazımdır. Bizim bunun üçün hədsiz mailiyyə imkanlarımız var. 75 milyardlıq strateji ehtiyatımız var, büdcə gəlirlərimiz çox yüksəkdir. Amma biz getdikcə görürük ki, işsizlik səviyyəsi daha da artır. Bu gün maaşlar artan qiymətlərin fonunda heç tək insanın xərclərini qarşılamağa kömək eləmir, nəinki ailə dolandırmaq. Bu halın qarşısını almaq üçün dövlət öz imkanları hesabına bir sıra ciddi tədbirlər görməlidir".
Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1367   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr