Elnur Rəhimov seçki qanunlarını necə pozur?

Elnur Rəhimov seçki qanunlarını necə pozur?"Bakı Tikiş Evi" ASC-nin sədri Fidail Rəhimov seçki qanunlarını pozur.

Belə ki, iki gündür ki mediada "Bakı Tikiş Evi"nin məktəbli formalarının qiymətlərinin ucuzlaşdırması barədə informasiya yayılır. Maraqlıdır ki, "Bakı Tikiş Evi" ASC-nin sədri Fidail Rəhimov bunu Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi – Səbail seçki dairəsindən namizədliyi irəli sürülən oğlu Elnur Rəhimov təbliğat və təşviqata başladığı ərəfədə açıqlayır. Nəzərə alsaq ki, məktəbli formalarının qiymətləri Nazirlər Kabineti tərəfindən təsdiqlənir, Fidail Rəhimovun birdən – birə belə addım atması olduqca maraqlıdır. Fidail Rəhimov heç zaman qiymət endirilməsinə razı olmayan iş adamlarından biridir. Lakin son günlər o çox səxavətli olub. Belə ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin seçicilərindən aldığımız məlumata görə avqustun 1-dən Elnur Rəhimovun təbliğat və təşviqatı aparılır. Sakinlər bildirir ki, övladı məktəbə oxuyan seçicilərin uşaqlarına məktəbli forması, çanta və digər ləvazimatların veriləcəyi vəd edilib. Bundan əılavə imkansız seçicilər hələ avqustun birindən başlayaraq ərzaq paylanmağa başlayıb ki, bu da seçki qanunlarının pozulmasıdır. Nəsimi – Səbail seçki dairəsinin seçiciləri qeyd edirlər ki, onlarla şəxsən Fidail Rəhimovun adamları görüşərək dəstək istəyib. Artıq seçicilərin içərisindən imkansız və müalicəyə ehtiyacı olan şəxslər seçilib. Bir sözlə Fidail Rəhimov seçki qanunlarını ayaq altına ataraq oğlunun təbliğatına başlayıb.

Qeyd edək ki, Azərbaycanda vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimovun öz oğlunu Yeni Azərbaycan Partiyasının siyahısına saldırması barədə mətbuatda yazılar dərc edilib. Mətbuat ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adınının siyahıya salınmasını təəccüblə qarşılamışdılar.

35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.

Qeyd edək ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir.(xalq.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1201   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr