Sumqayıtdakı 1 milyonluq maxinasiya ilə bağlı araşdırma - Pullar hanı?

Sumqayıtdakı 1 milyonluq maxinasiya ilə bağlı araşdırma - Pullar hanı?2021-ci il sentyabrın 28-də Sumqayıtda şəhərdaxili bütün sərnişin avtobusları nağdsız ödənişə (kart sisteminə) keçirildi. Hər kəs 2 manat ödəyərək həmin kartlardan alsa da, sonradan bu sistem ləğv edildi. "Sumqayıt Nəqliyyat -1" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) avtobuslarda gediş haqqının nağd ödənişə qaytarılma səbəbi kimi 206 avtobus üçün alınan 210 validatorun nasazlğını göstərmişdi.

Həmin vaxt nasazlığın tezliklə aradan qaldırılacağı deyilsə də, üstündən 3 il keçməsinə baxmayaraq heç nə dəyişməyib. İlk vaxtlar mövzu aktual olsa da, sonradan unuduldu. Nə sərnişinlərin kartlara görə ödədikləri 2 manatların taleyinə aydınlıq gəldi, nə də nasazlıq aradan qaldırıldı.

Sumqayıt əhalisinin sayı açıqlanıb

Bu "xüsusi əməliyyat" nəticəsində külli miqdarda vəsait "yoxa çıxdı".

KONKRET.az indi çoxlarının unutduğu həmin əməliyyatda nə qədər vəsaitin mənimsənildiyi ilə bağlı araşdırma aparıb. Xatırladaq ki, ortada heç bir rəsmi məlumat olmadığından biz yalnız təxmini hesablamalar aparmışıq. Beləliklə…

2021-ci ildə Sumqayıt şəhərində 347 min nəfərin yaşadığını nəzərə alsaq, nağdsız ödənişə keçidlə əlaqədar təxminən 300 minə yaxın şəhər sakini 2 manat ödəniş edərək kart alıb. Kartların dövriyyədən çıxarılması isə həm də həmin kartların balansındakı vəsaitin də "sıfırlanması" ilə nəticələnib ki, bu da az məbləğ eləmir. Təxmini hesablama aparaq. 300 min nəfərin 2 manatdan kart almasını təxmin etsək, bu, 600 000 min manat edir. Üzərinə də kartların daxilində qalan təxmini məbləği əlavə etsək, söhbətin 1 milyon manata yaxın vəsaitdən getdiyi məlum olur.

Maraqlıdır, bəs həmin 1 milyona yaxın vəsaitin sonrakı taleyi necə olub?

2023-cü ildə "Sumqayıt Nəqliyyat 1" MMC-nin qaraj müdiri Tofiq Saydumov açıqlamasında bildirib ki, 2024-cü ilin ilk aylarından etibarən "Sumqayıt Nəqliyyat 1" MMC-nin tərkibinə daxil olan 2, 5, 6, 12, 12A saylı avtobuslarda yenidən nağdsız ödənişə keçmək üçün müasir standartlara cavab verən validatorlar quraşdırılacaq.

Sumqayıtda marşrut avtobusları yenilənib: Şəhərdə yollar da əsaslı təmir olunub

Lakin 2024-cü ilin sonuna yaxınlaşsaq da, avtobuslar nağdsız ödənişə keçməyib.

O da məlumdur ki, Rusiya şirkətlərinin biri tərəfindən quraşdırılan nasaz validatorlarla əlaqədar "Sumqayıt Nəqliyyat 1" MMC həmin şirkətlə təzminat barədə danışıqlar aparıb. Amma bu danışıqların sonrakı taleyi ilə bağlı da heç nə məlum deyil. Qeyd edək ki, bu şirkət ödəniş terminalının aylıq ümumi gəlirinin 3,5%-ni götürürdü. Xatırladaq ki, "Sumqayıt Nəqliyyat -1" MMC-nin rəhbəri bu yaxınlarda vəfat etmiş Novruz Fərəcovun oğlu Elgiz Fərəcovdur. Novruz Fərəcov isə Sumqayıtın icra başçısının yeznəsi idi.

Bir müddət əvvəl "Sumqayıt Nəqliyyat 1" MMC-nin qanuni təmsilçisi Elgiz Fərəzovun banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına qadağa qoyulduğu ilə bağlı iddialar səsləndirilirdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4486   Tarix: 09 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr