Nigar Arpadarai tənqid atəşinə tutuldu: "Üç ildir gözləyirik, daha gəlməsin..." - VİDEO

Nigar Arpadarai tənqid atəşinə tutuldu: "Üç ildir gözləyirik, daha gəlməsin..." - VİDEOMilli Məclisə seçkilərə az bir müddət qalmasına baxmayaraq, adları seçki siyahısında olan şəxslərlə bağlı apardığımız araşdırmaların nəticəsində bəzən təəccübümüzü gizlədə bilmirik.

Çünki siyahıda illərdir kreslosundan bərk-bərk yapışan, ana laylası kimi ona aşiq olan deputatlarla yanaşı, 4 il ərzində parlamentdə cıqqırını belə çıxarmayan şəxslərin olduğunu hər dəfəsində görürük.

Yenicag.az-ın seçki marafonu ilə başlatdığı silsilə araşdırmamızda bu gün parlamentin VI çağırış deputatı olmuş Nigar Arpadaraini "qonaq" etmək istədik.

Nigar xanımdan danışarkən, onun deputat həmkarlarından fərqli olaraq, biznes fəaliyyətinin genişliyindən, topdağıtmaz mal-mülklərindən yazmayacağıq. Çünki 4 ildə səssizliyi ilə parlamentdə seçilən deputatımız məhz bunun sayəsində qalmaqallardan uzaq qalmağı bacarıb. Bəlkə də onun da kolleqaları kimi yan-yörəsinə topladıqları var, lakin bununla bağlı dəqiq informasiyamız olmadığı üçün bu məsələnin üstündən keçirik.

Bizi maraqlandıran əsas amil Nigar xanımın Milli Məclisdə ağzına su alıb oturması və 4 il ərzində Səbail sakinlərinin dərdlərinə çarə tapmamasıdır. Bir sıra beynəlxalq tədbirlərinin təşkilatçısı və aparıcısıdır. COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olan xanım Arpadarai, nədənsə, aktiv fəaliyyətini deputat olduğu dairədə göstərə bilmir.

Qeyd edək ki, bununla bağlı tanınmış jurnalist Elməddin Muradlı sosial şəbəkə hesabında paylaşım etmiş və xanım deputatın fəaliyyətsizliyini tənqid etmişdi.
Paylaşımı olduğu kimi oxucularımıza təqdim edirik:

"Camaat Səbail rayonundan deputatlığa namizəd Nigar Arpadariəyə səs vermək istəmir. Əslində, düz edirlər. Neçə dəfə xanım deputata dedim ki, bir dəfə gəlin, Bayılda camaatla görüşün, sözləri var. Dedi, gələcəyəm, gəlmədi. Sonra yenə görüşdük, dedim, gəlin, ciddi problemlər var, danışaq, müzakirə edək, məsələ qaldıraq, bəlkə həllini tapdı.

Təkliflərimi açıq demişdim.

1.Səbail rayon İcra Hakimiyyəti yalandan da olsa asfalt çəkdi, çöküb dağılır. Piyadalar üçün səki düzəldək, heç olmasa. Qaşınmış asfaltı mən gətizdirim, siz tapşırın yaysınlar, bardür qoyduraq. Yağışda camaat asfaltda gəzir ki, ayağı palçığa batmasın, onda da qəza riski yaranır, maşın vurar. Dedi, yaxşı fikirdir, edərik.

2.Dedim, küçələrin işıqlandırılmasını İcra Hakimiyyəti başdansovdu aparır, gəlin, birlikdə baxaq, görək, necə həll edə bilərik? Dedi, bu da yaxşı fikirdir.

3.Dedim, gəlin, orada SOCAR-ın sahibləndiyi boş torpaqların bir hissəsində uşaqlar üçün futbol meydançası tikək. Uşaqlar, yeniyetmələr sağlam böyüsün. Sonra deməyək ki, uşaqlar narkoman oldu, oğru oldu, nə bilim nə. Şərait yaradaq, onlar da sağlam olsunlar…
Nigar xanım bu fikrimi də dəstəklədi və dedi ki, mütləq gəlib görüşəcəyəm, siz sakinləri dəvət edərsiniz. Dedim, edərəm, təki siz gəlin, ancaq gəlmədi. 3 ildir gözləyirik, daha gəlməsin…"

Göründüyü kimi, xanım Arpadarai üçün deputat mandatı əldə etmək seçildiyi ərazinin sakinlərinin problemlərini həll etməkdən daha ülvi və müqəddəsdir. Biz parlamentdə kimlərin nəçi olduğunu yaxşı bilirik. Bu gün ehtirasla parlamentə düşmək həvəsində olanların da keçmişinə bələdik və anlayırıq ki, onların kreslolarına yayxanaraq, nələri düşündükləri bəllidir. Bəziləri gah övladlarının qudurğan hərəkətləri, bəziləri biznes fəaliyyətləri, bəziləri göydələnə oxşayan villaları, bəziləri isə Nigar xanım kimi susqunluğu ilə dəfələrlə medianın radarına tuş gəlib.

Biz sizi bilirik, bəlkə siz də özünüzdə bir təpər edib xalq üçün fəaliyyətə keçəsiniz? Süleymana qalmayan dünya sizəmi qalacaq?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 819   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Konqres Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar

Yanvarın 31-də Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işç

31 yanvar
.

Bakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilir

Bakıda Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransı keçirilir. 10 xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikd

31 yanvar
.

Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı

"Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var". xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusund

31 yanvar
.

alinin bank əmanətləri 14 %-dən çox artıb

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur. Bunun 50,4 %-i, yaxud 21 milyar

31 yanvar
.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Rəsulzadə 1884-cü i

31 yanvar
.

Ələt istiqamətində vulkan püskürüb - ANBAAN VİDEO

Qobustan rayonu ərazisində palçıq vulkanı püskürüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Ələt qəsəbəsinin yaxınlığında qeydə alınıb. Vulkan püskürməsinin anbaan görüntülərini təqdim edirik:

30 yanvar
.

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. BİG.AZ -a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımı

31 yanvar
.

Bu məbləğdə pensiya alanlara artımla bağlı ŞAD XƏBƏR

Bu gün oxucu müraciəti gəlib. Oxucu müraciətində bildirir ki, pensiyam 434 manatdır. Mənim pensiyam yanvar ayından nə qədər olacaq?. -un sualını Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli cavablandırıb. İqtisadçı bildiib ki, əgər həmin şəxsin aldığı pensiya əmə

1 fevral
.

21 yaşlı hamilə dəm qazından boğuldu

Bakıda 21 yaşlı qadın faciəvi şəkildə vəfat edib. Bizim.Media-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini Nuranə Elçin qızı ötən gün dəm qazından boğulub. Bildirilib ki, mərhum üç ay əvvəl ailə həyatı quraraq Bakıya köçübmüş və hadisə baş verən zaman ikiaylıq hamilə imiş

31 yanvar