Xəzər çəkildi, qəbirlər üzə çıxdı - 2040-cı ilə qədər...

Xəzər çəkildi, qəbirlər üzə çıxdı - 2040-cı ilə qədər...Xəzər dənizinin səviyyəsinin azalması son illər ictimaiyyətdə ciddi narahatlıq doğurur. Lakin alimlərin və tarixi mənbələrin araşdırmaları göstərir ki, bu proses yeni deyil və Xəzər dənizi tarix boyu səviyyəsini dəfələrlə dəyişib. Dənizin səviyyəsində baş verən bu dəyişikliklər onun təbii inkişaf dövrünün ayrılmaz hissəsidir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsi tarix boyu transqressiya və reqressiya prosesləri ilə daim qalxıb-enib.

Professorun sözlərinə görə, tarixi mənbələr Xəzərdə ən böyük səviyyə azalmasının eramızdan əvvəl I əsrdə baş verdiyini göstərir:

"Tarixi faktlara əsaslansaq, həmin dövrdə Xəzər dənizinin səviyyəsi indiki göstəricidən bir neçə metr aşağı olub. Bunu təsdiqləyən maraqlı faktlardan biri 1941-ci ildə Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirən torpaq bəndinin çəkilişi zamanı üzə çıxıb. Həmin ərazidə suyun altından qədim skif qəbirləri aşkarlanıb ki, bu da o dövrdə dənizin səviyyəsinin xeyli aşağı olduğunu sübut edir".

Əmir Əliyev bildirib ki, digər mühüm tarixi fakt VI əsrə aid Dərbənd qalası ilə bağlıdır:

"Məlumdur ki, təxminən 570-ci illərdə inşa edilən Dərbənd qalası tikilərkən Xəzər dənizi birbaşa qala divarlarına qədər çatırmış və bu, müdafiə məqsədi daşıyıb. Hazırda isə dənizin geri çəkilməsi nəticəsində qala sahildən təxminən 3 kilometr aralıda yerləşir".

Professor XIII əsrdə tikilmiş Səbail qalasının da Xəzərin səviyyə dəyişkənliyinin bariz nümunəsi olduğunu qeyd edib:

"1235-1236-cı illərdə inşa edilən Səbail qalası hazırda qismən suyun altından üzə çıxıb. Araşdırmalar göstərir ki, həmin dövrdə Xəzərin səviyyəsi indikindən təxminən 3 metr aşağı olub. Eyni hal Kür çayı deltasında yerləşən qədim Bəndəvan şəhəri ilə bağlı da müşahidə olunur. Şəhərin mövcudluğu Xəzərin səviyyəsinin aşağı düşdüyü dövrlərlə üst-üstə düşür".

Onun sözlərinə görə, Xəzər dənizinin səviyyə dəyişməsi dövri xarakter daşıyır:

"Araşdırmalar göstərir ki, təxminən hər 200-250 ildən bir Xəzərin səviyyəsi yüksəlir, növbəti 200-250 il ərzində isə azalır. Son böyük səviyyə dəyişməsi XIX əsrin əvvəllərində, xüsusilə 1805-ci illərdə müşahidə olunub. Abbasqulu ağa Bakıxanov da öz əsərlərində qeyd edir ki, həmin dövrdə Xəzərin suları qala divarlarının üzərini örtəcək qədər yüksəlib".

Əmir Əliyev vurğulayıb ki, hazırkı mərhələ Xəzərin səviyyəsinin azalma dövrünə təsadüf edir və bu prosesin təxminən 2040-2050-ci illərə qədər davam edəcəyi ehtimal olunur:

"Keçmişdə səviyyə qalxan dövrlərdə sahilboyu ərazilərdə beton bəndlər və qoruyucu qurğular tikilib. Dəniz geri çəkildikcə həmin qurğular, daş yollar, ağac kötükləri və digər obyektlər suyun altından üzə çıxır. Bu proses xüsusilə Lənkəran zonasında və Abşeron yarımadasının bəzi ərazilərində daha aydın görünür".

Professorun fikrincə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi tamamilə təbii prosesdir və buna panika ilə yanaşmaq düzgün deyil:

"Xəzərin əsas xüsusiyyəti onun daim qalxıb-enməsidir. Məcazi desək, bu onun ‘yaşayış formasıdır’. Səviyyə dəyişmirsə, Xəzər sanki yaşamır. Xəzər həmişə geri çəkilib yenidən qalxacaq və bu, onun təbii həyat dövrünün ayrılmaz hissəsidir".

Qeyd edək ki, mütəxəssislər Xəzər dənizində baş verən səviyyə dəyişikliklərinə emosional yox, elmi və tarixi yanaşmanın vacib olduğunu bildirirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3074   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr