Həmin gün bayram olsa da, İŞƏ GEDƏCƏYİK
Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir.
Ölkə.Az xəbər verir ki, bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.
Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır.
O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun sözlərinə görə, bu, 23 ildir belə idi və mahiyyət dəyişməyib.
"Artıq ümumxalq hüzn günü və səsvermə günü məzuniyyətin təqvim günlərinə daxil edilməyəcəyi bildirilir. Bu, 32 il idi belə idi. Mahiyyət dəyişməyib, sadəcə Məcəlləyə daxil edilib.
"Artıq məzuniyyətə çıxanda məzuniyyət haqqının aylıq əmək haqqından az olmayacaq". Yanlışdır.
"Ezamiyyətə getmək artıq məcburi olacaq". Əvvəl də məcburi idi, lakin Qanun indi daha dəqiq işçinin vəzifəsi və işəgötürənin hüququ olaraq müəyyən edib.
"Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək". Bu, əvvəl də mümkün idi. Lakin, maddədə olan normativ qeyri-müəyyənlik aradan qaldırılıb.
"Dövlət Suverenliyi Günü (20 Sentyabr) iş günü hesab edilməyəcək". Yanlışdır, çünki bu gün bayram olsa da, iş günü hesab edilən bayram günüdür", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10360 Tarix: 31 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrPrezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr
18 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr