Yer kürəsinin ən qədim orqanizmlərinin qlobal artımının nəticələri barədə xəbərdarlıq edildi

Yer kürəsinin ən qədim orqanizmlərinin qlobal artımının nəticələri barədə xəbərdarlıq edildiAvstraliya, Avstriya və İspaniyadan olan beynəlxalq alimlər qrupu belə qənaətə gəliblər ki, qlobal temperaturun artması Yer kürəsinin ən qədim canlı orqanizmləri olan prokariotların çoxalmasına şərait yarada bilər. Bu, istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə artıracaq.

Oxu.Az xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

Prokariotlar dünya okeanlarındakı həyatın 30%-ni təşkil edən kiçik canlılardır. Onlara eubakteriyalar və arxeobakteriyalar daxildir. Eubakteriyalar təxminən 3.5 milyard il əvvəl təkamül prosesində yaranıb.

Dəniz prokariotları çox sürətlə böyüyərək böyük miqdarda karbon buraxırlar. Hər il bu orqanizmlər təxminən 200 milyard ton karbon istehsal edir ki, bu da indiyə qədər yaşamış bütün insanların sayından iki dəfə çoxdur. Bu güclü emissiyalar fotosintez yolu ilə karbon qazını və günəş işığını enerjiyə çevirən fitoplankton tərəfindən tarazlaşdırılır.

Yeni araşdırmada komanda bütün okeanlar boyunca uzunmüddətli müşahidələr əsasında kompüter modelləri hazırlayıb. Hesablamalar göstərib ki, prokariotlar qlobal istiləşməyə son dərəcə davamlıdırlar.

Okeanların hər bir dərəcə istiləşməsi üçün onların biokütləsi təxminən 1.5% azalacaq. Bu, plankton, balıq və məməlilərin populyasiyalarında proqnozlaşdırılan azalmanın (müvafiq olaraq 3-5%) yarısından da azdır.

Bu o deməkdir ki, gələcək dəniz ekosistemlərində ümumi biokütlə azalacaq və mövcud qida maddələri və enerji daha çox prokariotlara yönəldiləcək, bu da balıqlar və digər heyvanlar arasında qida çatışmazlığına səbəb ola bilər.

Üstəlik, modelləşdirməyə görə, istiləşmənin hər dərəcəsi üçün dünya okeanının 200 metr dərinliyində yaşayan prokariotlar hər il əlavə 800 milyon ton karbon istehsal edəcəklər. Bu, bütün Avropa İttifaqının bir il ərzindəki cari emissiyasına bərabərdir.

Alimlər vurğulayıblar ki, balıq populyasiyasının azalması dünyanın qida təminatı üçün böyük problem yaradır, çünki okeanlar təqribən 3 milyard insan üçün əsas protein mənbəyi olaraq qalır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 689   Tarix: 18 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr