Atasının soyadından rəsmən imtina etdi
Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Şilo Nouvel Coli-Pitt nəhayət atasının soyadından imtina edib.
İndi Coli və Pitin qızı rəsmi olaraq Şilo Coli adını daşıyır.
Qız soyadını dəyişdirmək üçün ilk dəfə may ayında - 18-ci ad günündə müraciət edib. Lakin iyul ayında Şilonun soyadının dəyişdirilməsi ilə bağlı müraciəti texniki səhvlərə görə gecikdiyi üçün məhkəmə iclası avqustun 19-na təyin edilib.
Kaliforniya ştatının qanunlarına uyğun olaraq soyad dəyişikliyi zamanı hərəkətlərin alqoritminə əsasən, Şilo "Los Angeles Times"da soyadının dəyişdirilməsi ilə bağlı bir ay ərzində reklam hüquqi bildirişlər bölməsində görünməli olan elan dərc edib.
Nəşrin mənbəsinin qeyd etdiyi kimi, Bred Pitt qızının soyadından imtina etmək istəyindən xəbərdar olub.
"O, Şilonun soyadından imtina etdiyini bilir və üzülür. Övladlarını itirdiyini xatırlatmaq, əlbəttə ki, Bred üçün asan deyil. O, övladlarını sevir və darıxır", - mənbə bildirib.
Xatırladaq ki, Bred Pitt indi İnes de Ramonla münasibətdədir və şayiələrə görə artıq onunla birlikdə yaşayır.
Şilodan başqa, 49 yaşlı Coli və 60 yaşlı Pittin daha beş övladı var - 22 yaşlı Maddoks, 19 yaşlı Zahara, 20 yaşlı Paks, 15 yaşlı Noks və 15 yaşlı Vivyen.
Kiçik qızı Vivien də Pitt soyadındam imtina edib. Ən azından Pitt soyadı prodüseri olan anası Ancelina Coli ilə birlikdə işlədiyi "The Outsiders" adlı musiqili filmin afişasında görünməyib. Bundan əvvəl Coli və Pitin böyük övladlığa götürülmüş qızı Zahara Pitt soyadından imtina etmişdi. Spelman Kollecindəki Alpha Kappa Alpha cəmiyyətində Zahara Marli Coli olaraq siyahıya alınır.(Qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 854 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. "Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ E
24 may"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı
İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb
24 mayABŞ gündəmini silkələyən xəbər: Donald Trampın oğlu gizli evləndi
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib. xəbər verir ki, bu barədə "People" nikah sənədinə istinadən məlumat yayıb. Məlumata görə, toy mərasimi Florida ştatının Uest-Palm-Biç şəhərində Bettina Andersonun bacısı Kristinanın evind
24 mayAvtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını
24 mayQurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 mayPaşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. -ın məlumatına görə, erməni baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. "Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxa
24 may