Diş ağrısından yuxuya gedən 14 yaşlı qız 32 il sonra OYANDI - FOTOLAR

Diş ağrısından yuxuya gedən 14 yaşlı qız 32 il sonra OYANDI - FOTOLARİsveçli Karolina Olsson real həyatda "yatmış gözəl" kimi tanındı.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, hekayəyə görə, 14 yaşında yuxuya gedən Karolina 46 yaşında oyanıb. Karolina 29 oktyabr 1861-ci ildə beş qardaşın yeganə qızı olaraq anadan olub.

14 yaşına qədər normal bir həyatı olub. Lakin 1876-cı ildə bir gün o, evə şişmiş üzü və dözülməz diş ağrısı ilə qayıdıb. Ailəsinə buz bağlayan bir çaydan keçərkən ayağı sürüşdüyünü deyib. Ağrı dözülməz hala gələndə 14 yaşlı qız yatıb. Lakin ailəsi onun 1908-ci ilə qədər oyanmayacağını bilmirdi.

Karolinanın ailəsi əvvəlcə narahat olub. Ailəsi və Qonşuları həkim çağırmaq üçün pul toplasalar da, Karolinanı ayılda bilməyəndə mütəmadi müayinələrə razılaşıblar. Zaman keçdikcə Karolinanın vəziyyəti dəyişmədi. Xəstəxanaya aparılıb və bədəninə elektrik şoku verilib. Buna rəğmən qızın səhhətində bir dəyişiklik olmayıb və hələ də yuxuda olub.

Karolinanın anası illər ərzində ona qulluq etməyə davam edib və yatdığı vaxt anası qızına süd içizdirib. 105-ci ildə Karolinanın anası vəfat edib və ona baxmaları üçün qulluqçu işə götürülüb. Üç il sonra qulluqçu Karolinanın otağından qəribə səslər eşidib. Qaçıb yuxarı qalxanda 46 yaşlı qadını otaqda səndələyərək gəzdiyini və ağladığını görüb. Karolinanın yatdığı 32 ili xatırlamadığı və artıq qardaşlarını tanımadığı deyilir. Maraqlıdır ki, Karolina yatdığı vaxtlardan çox da təsirlənməyib.

Bir neçə həftə ərzində o, gücünü və danışma qabiliyyətini bərpa edib. Bundan sonra insanlar arasında şayiələr yaranmağa başladı. Bunun bir oyun olduğu yaxud illərdir yatmadığına dair fikirlər səsləndirildi. Lakin verilən suallar ilə bağlı heç bir nəticə əldə edilməyib.

İsveçli psixiatr Harald Fröderström, Karolinanın travmatik bir hadisə nəticəsində hansısa psixozdan əziyyət çəkdiyinə inanır. Buna baxmayaraq, 46 yaşlı qadının həayt hekayəsi hələ də sirr olaraq qalmaqdadır. Oyandıqdan sonra Karolina daha 42 il yaşadı və 1950-ci ildə vəfat edib.
Diş ağrısından yuxuya gedən 14 yaşlı qız 32 il sonra OYANDI - FOTOLARDiş ağrısından yuxuya gedən 14 yaşlı qız 32 il sonra OYANDI - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1063   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr