COP29-da dünyada atəşkəsə çağırış ediləcək
"COP prosesində bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Yekdillik şərti olmayan, lakin iqlim sahəsində bizi irəliyə aparacaq təkliflər də müzakirə ediləcək".
"Qafqazinfo" xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu xüsusda 14 təklif irəli sürüb:
"Bu təkliflərin həyata keçirilməsi üçün yekdillik tələb olunmur. Bunları bəzi ölkələr və yaxud da şirkətlərlə həyata keçirə bilərik. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər içərisində iqlim maliyyələşməsi, energetika, kənd təsərrüfatı, su qaynaqları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resurslarına dair mövzular var. İqlim və sülh arasında qarşılıqlı əlaqə də Azərbaycanın təkliflərinə daxildir. COP29-da olimpiadalarda olduğu kimi bütün dünyada atəşkəsə çağırış edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1158 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr