Hüseyn Dərya kimdir? – 5 dəfə intihara cəhd edən, sui-qəsdə məruz qalan cəhənnəm əhli

Hüseyn Dərya kimdir? – 5 dəfə intihara cəhd edən, sui-qəsdə məruz qalan cəhənnəm əhliLent.az "Bioqrafiya" rubrikasında az ömrünə çox faciələr sığdırmış, gənc yaşında vəfat edən, özünü sağlığında belə cəhənnəm əhli adlandıran reper Hüseyn Dəryadan bəhs edir.

- Hüseyn Dərya nə zaman və harada anadan olub?

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Suraxanı rayonunun Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş.

- Hüseyn Dərya orta və ali təhsil alıb?

İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, Hüseyn orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib.

- Hüseyn Dərya Qarabağ müharibəsində iştirak edib.

Bəli. I Qarabağ müharibəsində də iştirak edən Hüseyn Dərya 4 il 2 ay hərbi xidmət çəkib.

- Hüseyn Dərya nə zamandan rep deməyə başlayıb?

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanı tamaşaçılara sevdirən "Keyf elə" mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur.

- Hüseyn Dəryanın albomu var?

Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

- Hüseyn Dərya ailəli olub?

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəllüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
Sevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım onunla tanışlığı barədə belə deyib: O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı "Musiqili meydan" verilişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O an İdris məni saxladı və soruşdu: "Sizin fikrinizcə, kim daha yaxşıdı, Xose yoxsa Dərya. Mən isə "Elşad Xose" deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım. Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm. Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: "Xanım, siz məni niyə bəyənmirsiniz?". Mən isə "bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm" dedim. Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Daha sonra Hüseyn mənə dedi ki, "gəl qaçırım səni". Beləcə biz evləndik. Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub".

- Hüseyn Dərya birinci xanımından nə üçün ayrılıb?

Narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Birinci xanımı Sevdanın sözlərinə görə onların ailəsinin dağılmasına səbəb Hüseynin ikinci dəfə ailə qurduğu Sona adlı qadın olub: "Mən onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get, o Sona, o da sən, mən səndən ayrılıram".

- Hüseyn Dəryanın ikinci xanımı nə üçün ondan ayrılıb?

Hüseyn Dəryanın ikinci evliliyi də uğurlu olmayıb. Həyat yoldaşı Sona ondan boşanaraq oğlu ilə birgə anasının evinə gedib Sona İbadova keçmiş əri Hüseyn haqqında bir dəfə belə deyib: "Onun başı xarabdır. O görür ki, mən onu saymıram, onunla münasibətlərə son qoymuşam. Ondan sonra yeni bir həyata başlamışam".

- Hüseyn Dəryanın reper həmkarları ilə münasibətləri necə idi?

Hüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra da aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz Hüseyin Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib. Reperin ən yaxın dostu rejissor Kənan MM-dir.

- Hüseyn Dərya nə üçün həbs olunub?

Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə 1 il həbsdə qalıb.

- Hüseyn Dərya sağlığında nə üçün intihara cəhd edib?

Bəli. Hüseyn Dərya narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını verlişlərin birində belə cavablandırıb "Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

Hüseyn Dəryanın özünün sözlərinə görə həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: "İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə aparan bir addımdır".

- Hüseyn Dərya nə üçün vəfat edib?

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib. Ölərkən 38 yaşında idi.

Birinci həyat yoldaşının sözlərinə görə Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin, astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: "Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da "bu, Hüseynin səsidir" dedi".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1507   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Həmin obraz ona verilmişdi - Etirazlardan sonra dəyişiklik

Xəbər verdiyimiz kimi, aktyor Serhat Mustafa Kılıçın ölümündən sonra "Teşkilat"dakı rolu həmkarı Savaş Özdemirə həvalə edilib. Axşam.az-ın məlumatına görə, sosial media izləyiciləri yayım şirkətinin bu addımını tənqid edib və Serhatın ruhuna hörmətsizlik kimi qəbul ediblər. Onlar səhhətindək

13 sentyabr