"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO

"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO"Emildən sonra toparlanmışam, ayaqda durmağa çalışıram. İşlərimlə məşğulam. Amma Emilin adı, havası gələndə çox pis oluram. Hər dəfə istər gecə, istərsə də gündüz vaxtı evə Emillə gəlirdim. İndi onsuz evə keçəndə özümü pis hiss edirəm. Amma həyat davam edir. Hərəmiz kimin üçünsə yaşayırıq. Ona görə də yerdə qalan həyatımı anama, qızıma və sənətimə həsr etmişəm" Bunu Moderator.az-a mərhum sənətçi Emil Rəhmanovun həyat yoldaşı müğənni Sabrina deyib. O daha sonra ünvanına yazılan tənqidlərə cavab verib.
"Biz Emillə ailə həyatı quranda o həbsxanadan yeni çıxmışdı. Sənət fəaliyyəti də oz zirvədə deyildi. Düzdür, o sənətkar doğulmuşdu, amma o qədər də gündəmdə deyildi. Mən Emillə evli olandan sonra 3 il əlimə mikrofon götürməmişəm. Çünki o istəməyib. Daha sonra duetlər yazdırmışıq, onunla səhnə bölüşmüşük. Yalnız ailə məclislərinə, özü ilə bərabər televiziya verilişlərinə getmişik. Özünüz də yəqin fikir vermisiniz ki, mən onsuz heç bir televiziya proqramına qatılmamışam. Heç bir müsahibə vermirdim. Heç bir məclisə tək getməmişdim. Emillə bərabər olduğum müddətdə heç bir sosial həyatım olmayıb. Bunu ən azından jurnalistlər yaxşı bilir. O ki, qaldı ağzıgöyçəklərə, hansılar ki, deyir mən Emilin sənətinə görə onunla ailə həyatı qurmuşam... İnsan öləndən sonra o qədər hadisələr baş verir, o qədər lazımsız sözlər danışırlar ki.. Mən öz sənətiminin elə bir yerindəyəm ki, tək fəaliyyət göstərirəm. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm, televiziya proqramlarına qatılıram. Çox adam çox şey danışacaq. Amma bunların mənə heç bir təsiri yoxdur. Zatən biz bir-birimizə halallıq vermişik. Mənim borcum olub o mənim yanımda olub, onun borcu olub yanında məni görüb. Kim ailəsinə etmir ki? Hansı normal qadın öz ailəsinə baxmır? Və yaxud hansı normal kişi öz ailəsinə can yandırmır? Bizdə hər şey qarşılıqlı olub. Emil rəhmətə gedəndə üç mərasimi günü gəlib mənə sual verdilər ki, siz onun üçün çox əziyyət çəkmisiz. Bu sözlər mənə pis təsir edir. Necə yani? Hər bir qadın ailəsi üçün fədakarlıq edir. Mən də onlardan biri" deyə müğənni bildirib.
Sabrina "Deyirlər Emilin ailəsi ilə münasibətiniz yoxdur?" sualına belə cavab verib.

"Vallah rəhmətliyin dünən anası bizdə olub. Ondan da bir 10 gün əvvəl Rəhman dayı və yoldaşı bizdə idi. Mənim əlaqəm çox yaxşıdır, gözəldir. Niyə görə əlaqəm pis olmalıdır ki? Qətiyyən elə bir şeylər yoxdur" deyə müğənni bildirib.

Sabrina Emilin yas məclisinə gəlməyənlərdən də danışıb.

"Emil xəstə yatağında yatmayıb. Axşamüstü onu xəstəxanaya aparmışıq, səhər də rəhmətə gedib. O ki, qaldı hüzürə gəlməyənlərə.. Hamının yeri onsuz da oradır. Nə qədər xeyirdən-şərdən qalan insanlar var ki, onlara da bu qismət olacaq. Ona görə də bunlara fikir vermirəm. Allah Emilin ruhunu şad etsin, məkanı cənnət olsun. Onlar gəlsə nə olacaqdı? Guya onlar gəlməsəydi mən hüzürümü yola verməyəcəkdim? Emil bizim ailədən getdi. Zərbə bizə dəydi" deyə sənətçi bildirib.
"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2233   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?

Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi

23 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı

Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"

14 sentyabr