Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – "Tezliklə onları İFŞA edəcəm"

Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – "Tezliklə onları İFŞA edəcəm"Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.

Moderator.az xəbər verir ki, Musavat.com Aygün xanımın əziz xatirəsini onun yaxın dostu, prodüseri Sultan Mustafayevlə yad edib.

S. Mustafayev bildirib ki, onun Aygün xanım haqda danışmağa çox sözü var:

"Bu gün onun ad günüdür. Aygün xanım yanvarın 6-da 48 yaşında vəfat etdi. Aygün Bəyləri 14 ildir tanıyıram. Aygün xanım heç vaxt təntənəli ad günü keçirməzdi. Restoranlarda, bahalı obyektlərdə, bahalı saraylarda ad günü etməyi sevmirdi. Çünki onlar çox kasıb ailədə böyüyüblər. Aygün xanım 13 yaşından qadın toylarında nağara ifa edib. Çox əziyyətli günlərlə bu yerə gəlib çatmışdı. Mən də, yaxşı dostlarımız da Aygün xanıma təklif edirdi ki, bahalı saraylarda doğum günü keçirsin. Amma heç vaxt bunun tərəfdarı olmayıb. Deyirdi ki, nə qədər sadə olsa, o qədər yaxşıdır. O, nəzərə çarpmağı sevməzdi. Açıq deyəcəm, şou-biznesdə belə bir xüsusiyyət var ki, müğənnilər el şənliklərində, dövlət tədbirlərində, məmurların yanında görünməyi sevirlər, bu yolla qabağa getmək istəyirlər. Aygün xanım isə heç vaxt bunların tərəfdarı olmayıb. Arxivə baxdığımızda saysan, 15-20 müsahibəsi olar, ya olmaz. Bu, onun doğulduğu kənd mühitindən irəli gəlir. Böyük, kiçik hörməti bilirdi. Neçə illər bir yerdə işləsək də, özündən böyüyə hörmətsizlik etdiyini görməmişəm. Hansısa bir yasda ondan böyük sənətkar, yaxud sənəti olmayan adam, yaşca böyük bir adam görəndə ayağa qalxardı, hörmət edərdi. O, başqa bir insan idi. Onun tayı-bərabəri yoxdur. Bundan sonra da olmayacaq Azərbaycan musiqisində, mədəniyyətində.

Hazırda İstanbul şəhərində yaşadığıma görə burada bir yaxın dostum ilə ehsan süfrəsi vermişik. Bir vəqfə isə Aygün xanımın adından böyük məbləğdə hədiyyə etmişik. Doğrudur, yaşım az deyil, amma mən Aygün xanımın yanında böyüdüyüm üçün belə şeyləri danışmağı, göstərməyi sevmirəm. O, həmişə mənə deyirdi ki, nəsə edəndə çalış verdiklərini o biri əl görməsin.

Bilirsiniz ki, Aygün xanımın qəbri də hazırdır. Yanvarda ili olacaq. Ona hazırlaşıram. Bacılarına bir təklif irəli sürmüşəm. Aygün xanımın adına, sənətinə layiq bir iş fikirləşirəm. Yeganə adamam ki, Aygün xanım rəhmətə gedəndən sonra efirə çıxmadım, müsahibə vermədim. İstədim ki, həqiqəti olmayan insanlar bir az kənardan danışsınlar, onların fikirlərinə baxım. Gördüm ki, onların fikirlərinin 99 faizi yalandır. Mən gecə-gündüz Aygün xanımın yanında olmuşam, hərtərəfli dəstəkçisi olmuşam, amma ortada o qədər insanlar var ki, mən heç onları görməmişəm. Bir gün bunlara açıqlamalar gətirəcəm. Hər şeyin bir vaxtı var. Mənim Aygün xanım haqqında danışmağa daha çox haqqım var. Baxmayaraq ki, bacıları son 3-4 ayında onun yanında idilər, mənim Aygünə mənəvi dəstəyim hamıdan çox olub".

"Aygün xanım daha çox hansı hədiyyəni sevərdi?" sualına Sultan Mustafayev belə cavab verib:

"Aygün xanım daha çox papaq xoşlayardı. Mən həmişə Türkiyədən alış-veriş edəndə Aygün xanıma 10-15 papaq alırdım. Bir də bizim Bakıda sevimli dükanımız var idi. Mağazanın adını xatırlamıram, Kukla Teatrı ilə üzbəüz idi. Ad günlərində, boş vaxtlarımızda ora gedib alış-veriş edərdik. Əslində, Aygün xanım alış-veriş həvəskarı deyildi. Mən ona deyirdim ki, ay Aygün, dur ayağa, gedək görək el şənlikləri üçün maraqlı nə geyim var. Aygün xanım daha çox sənətinə bağlı idi. Gündəm sözünü sevmirdi. Həmişə deyərdi ki, sən mənim yerimə müsahibə ver, mən sənə inanıram.

Əməkdar artistin prodüseri qeyd edib ki, onun Aygün sevərlərə sözü olacaq:

"Aygünün ürəyində çox sözlər qaldı. İnsanlara çatdırılmayan sözlər, mesajlar qalıb ki, onları vaxtaşırı Aygün sevərlərlə bölüşəcəm. Aygün xanım rəhmətə gedəndən sonra çox insanlar onun haqqında yalan danışdılar. Mən bununla bağlı böyük bir mətbuat konfransı keçirəcəm. Hamısını yazmışam, qeyd etmişəm, açıqlamalar gətirəcəm. Çünki icazəsiz mahnılar oxundu bizim xəbərimiz olmadan. Aygün xanımın bütün musiqi müəllifləri məndədir. O səlahiyyəti mənə vermişdi.

Mən Aygündən sonra Bakıya gələ bilmirəm. Qəlbim çox pis olur, evində otura bilmirəm, qəbri üstə gedirəm. Dostlarım, ailəm narahat olur. Psixoloji olaraq mənə çox çətindir. Sonuncu dəfə Aygünün 40 mərasimində Bakıda olmuşam. Çox güman ki, ilinə doğru Bakıya gələcəm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1481   Tarix: 23 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23 sentyabr
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

"Artıq başqa Sevdayam, anayam"

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq

11 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20 sentyabr