Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTO

Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.

O bildirib ki, övladı yeriyəndə axsayır:

"Aytənin onurğasında lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.), əməliyyat olunmalıdır.

Qızımın hər iki bud-çanaq oynağına da implant qoyulmalı idi. Sağ ayağı özəl klinikaların birində əməliyyat edildi. 7 min manat pul ödədik. İndi isə digər ayağı əməliyyat edilməlidir. Bunun üçün də bizə 7 min manat pul lazım idi. Həmin puldan 4800 manatı toplamışıq. Geriyə qalan 2200 manatı xalqımızın dəstəyi ilə toplayacağımıza ümid edirik. Həkim dekabrın 1-i Aytənin digər əməliyyata girməsi üçün vaxt təyin etsə də hələ də pulu toplaya bilməmişik. İmkanlı şəxslərdən balama dəstək olmaqlarını xahiş edirəm"

Ailə ilə əlaqə nömrəsi: 051 866 99 90

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Aytən Qurbanovanın ailə üzvü ilə əlaqə saxlanılıb:

"Valideynin verdiyi məlumata əsasən övladına "Baku Medical Plaza"da anadangəlmə sağ tərəf bud-çanaq oynağının çıxığı əməliyyatı icra olunub. Yaxın zamanda A.Qurbanovaya sol tərəf bud-çanaq oynağı çıxığı əməliyyatının icra olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu diaqnoz üzrə tibbi xidmətin göstərilməsi Xidmətlər Zərfinə daxildir və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həyata keçirilir. Ailəyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmək tövsiyə olunub və Agentliyin bu məsələdə dəstək olacağı qeyd olunub. Lakin ailə üzvü imtina edərək əməliyyatın özəl klinikada icra olunmasını istəyib.

Məlumat üçün bildirək ki, sözügedən tibbi xidmət dövlət tibb müəssisəsində həyata keçirildiyi üçün həmin klinikaya göndəriş vərəqəsinin verilməsi nəzərdə tutulmur. Göndəriş vərəqəsinin verilməsi qaydasına əsasən vətəndaşa dövlət tibb müəssisəsində lazımi xidmətin göstərilməsi mümkün olmadığı zaman Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir".
Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTOYeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 741   Tarix: 24 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr